Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:38

Mahmudəli Çöhrəqanlı Bakıdadır


GAMOH lideri Mahmudəli Çöhrəqanlı
GAMOH lideri Mahmudəli Çöhrəqanlı

İyunun 10-da Güney Azərbaycan Milli Oyanış Hərəkatı [GAMOH] kimi tanınan təşkilatın lideri Mahmudəli Çöhrəqanlı Bakıya gəlib. Cənab Çöhrəqanlı deyir ki, Türkiyədən getmək üçün ona bir neçə ölkə təklif olunsa da, sonda Bakıya gəlmək istəyi gerçəkləşib:


«Türkiyədə həbs olunmağım xoşagələn hadisə deyildi. Bu hadisə bir gün davam etdi. Çox şükür ki, getməyim üçün bir neçə yer təklif etsələr də, sonda mən istəyən oldu və Azərbaycana gəldim. İndi Bakıdayam. Sağlamam.»


ABŞ-da mühacirətdə olan Mahmudəli Çöhrəqanlı iyunun 5-də Türkiyəyə gəlib. İyunun 9-da isə İstanbulda polis onu saxlayıb.


Həbs olunmasının hüquqi əsası olmadığını bildirən cənab Çöhrəqanlı hər halda Türkiyə dövlətinin bu addımının səbəbsiz olmadığını düşünür.


Mahmudəli Çöhrəqanlı KİV-də sənədləri qaydasında olmadığı üçün həbs edildiyi barədə yayılan məlumatlara da münasibət bildirdi:


«Mənim sənədlərim qaydasında olub. Türkiyəyə problemsiz daxil olmuşam və 5 gün orada görüşlər keçirmişəm. Sənədlərim qaydasında deyildisə, bu, ilk gündən bilinərdi».


Mahmudəli Çöhrəqanlı Azərbaycana daxil olarkən heç bir problemlə üzləşmədiyini bildirdi. O, Bakıda keçirəcəyi görüşlər və səfərinin müddəti barədə yaxın günlərdə məlumat verəcəyini deyir.




Cənab Çöhrəqanlı 1994-cü ildə İran parlamentinə namizədliyini irəli sürsə də, qeydə alınmayıb. İranda yaşayan azərbaycanlıların dil və mədəni hüquqlarının fəal müdafiəçisi kimi 9 ay həbsdə qaldıqdan sonra səhhətinə görə azad edilib. 2001-ci ilin sonunda M.Çöhrəqanlı İranı tərk edərək əvvəl Avropaya, ordan isə ABŞ-a mühacirət edib.




XS
SM
MD
LG