Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

İnqilab davam edir


Gürcüstanda güclü müxalifət var və onlar fəaliyyət göstərmək üçün hər hansı maneə ilə qarşılaşmırlar
Gürcüstanda güclü müxalifət var və onlar fəaliyyət göstərmək üçün hər hansı maneə ilə qarşılaşmırlar
Qələbənin müəllifi çox olur, amma məğlubiyyətin müəllifini seçmək çətin olur, insanlar məğlubiyyətə yaxın durmaq istəmirlər.

Elə bu səbəbdən Gürcüstanda baş verən hadisələr indi ən çox müzakirə olunanlardan biridir. Bir tərəfdən, bu, qibtə yaradır, digər tərəfdən isə, bu ölkədə baş verənləri həyəcansız izləmək mümkün deyil. Son nəticədə hansı qüvvə Cənubi Qafqazda qalib gələcək, hansı siyasi sistem oturuşacaq? Hələ ki iki keçmiş sovet respublikası riskli addım atıblar. Bu da bir növ geosiyasi eksperimentdir. Böyük dövlətlər bir qayda olaraq belə eksperimentləri sevirlər.

Sözsüz ki, indi Gürcüstanda güclü müxalifət var və onlar fəaliyyət göstərmək üçün hər hansı maneə ilə qarşılaşmırlar. Qonşu Azərbaycanda hətta iki-üç nəfərin toplaşıb hər hansı məsələyə etiraz bildirməsi yasaqdır.

Təbii ki, demokratiyanın böyük və ədalətli məziyyətləri var. Amma demokratiyanın müəyyən qədər problemləri var. Həmin problemlərdən biri də odur ki, demokratiya nə qədər qəribə olsa da, insanları birləşdirmir, müsbət mənada hər bir insana ləyaqətli fərd kimi yaşamaq imkanı verir.

Bundan başqa, demokratiya zamanı qərarlar bir qədər ləng qəbul edilir.

Demokratiya o vaxt güclü olur ki, insanların hamısı «siyasi oyun» qaydalarını qəbul edir və onun əsasında yaşayırlar. Vaxtilə bir neçə siyasətçi qızıl gül inqilabının öndə gedənlərindən biri idilər. İndi isə ayrılıb Mixail Saakaşviliyə qarşı etiraz edənlərin dalğasına qoşulublar. Amma «qızıl gül» inqilabı təkcə Saakaşvilinin təşəbbüsü ilə baş verməmişdi.

Təbii ki, Mixail Saakaşvili bir qədər emosional siyasətçidir. Məhz bu detal Gürcüstan prezidentinin düşündürməlidir. Keçmiş dostları, əqidə yoldaşlarını itirmək olmaz.

Düzdür, Gürcüstan prezidenti də kifayət güzəşt edib. Amma demokratiyanın tarixində belə hadisələr çox olub. Tomas Ceffersonun prezident seçilməsi ilə razılaşmayan rəqibləri məsələni Konqresdə otuz dəfə müzakirə etmişdilər.

Ceffersonu bu müzakirələr qorxutmurdu. Çünki cəmiyyətdə populyar olan siyasətçilər seçkidən və müzakirədən qorxmurlar...

Əslində indi Gürcüstanda baş verənlər inqilabın davamıdır. O inqilabın ki, Gürcüstana avtoritar stabillik deyil, demokratiya ənənələri gətirir. O inqilabın ki, Gürcüstanda demokratik, xalqın səsinin eşidildiyi, xalqın iştirakı ilə həyata keçən siyasi prosesi başlayıb.
XS
SM
MD
LG