Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu layihəsini Azərbaycan maliyyələşdirə bilər


«Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu layihəsini Azərbaycan maliyyələşdirə bilər». Bunu Nəqliyyat naziri Ziya Məmmədov iyunun 15-də jurnalistlərlə söhbətində deyib. Nazirin sözlərinə görə, bir neçə gün əvvəl Gürcüstanın İqtisadi İnkişaf və Türkiyənin Nəqliyyat nazirləri ilə bu məsələni müzakirə ediblər. Növbəti danışıqlar iyulun ortalarında davam etdiriləcək.


Cənab Məmmədov deyir ki, əslində, layihə hazırdır, sadəcə, Gürcüstanın bəzi şərtlər irəli sürməsi bu işləri bir qədər ləngidir. Nazirin sözlərinə görə, Tbilisi istəyir ki, ölkə ərazisindəki digər dəmiryolu xətlərinin yenidən qurulmasına və təmirinə də vəsait ayrılsın. Cənab Məmmədova görə, layihənin ümumi dəyəri 400 milyon dollar olsa da, Gürcüstanın irəli sürdüyü şərtlər qiymətlərə bir qədər təsir edə bilər.


XS
SM
MD
LG