Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Neft gəlirlərindən necə səmərəli istifadə etmək olar?


Azərbaycanın Amerikalı Məzunları Cəmiyyəti hazırladıqları təkliflər paketini hökumətə təqdim edəcəklər



Azərbaycanın Amerikalı Məzunları Cəmiyyəti (US Educated Azerbaijani Alumni Assosiation) neft gəlirlərindən necə səmərəli istifadə etmək barədə təkliflər paketi hazırlayıb. Amerikalı məzunlar hesab edirlər ki, neft gəlirlərinin indi xərclənməsi gələcəkdə Azərbaycan iqtisadiyyatını neftdən asılı vəziyyətə sala bilər, üstəlik bu, nəsillərarası ədalət baxımından da düzgün deyil, onda gələcək nəslə ancaq korlanmış ətraf mühit, lazımsız, paslanmış infrastruktur qalar. Onlar təklif edirlər ki, neft pullarından istifadə məqsədi ilə Azərbaycanın Ümumi İnkişaf Konsepsiyası hazırlansın. Bu sənədin icrasına prezident yanında xüsusi Şura nəzarət etsin.


Azərbaycanın Amerika Məzunları Cəmiyyətinin bu təkliflər paketinin müəllifi, Harvard Universitetinin məzunu Ramin Hüseynov bildirir ki, dövlət gəlirlərindən istifadədə də əsas rolu özəl sektor oynamalıdır. Onun fikrincə, dövlətin neft pullarından istifadə edib biznes layihələrində birbaşa iştirakına yol vermək olmaz: «Dövlət ancaq insan kapitalının inkişafına, iri infrastruktur layihələrinin, investisiya mühitinin yaxşılaşdırılmasına çalışmalıdır».


Amerikalı məzunlar deyirlər ki, hökumət neftdən gələn gəlirləri gənclərin xaricdə təhsilinə və səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına yönəltməlidir.


Onların fikrincə, ölkədə neft-kimya sənayesinin inkişafı mühüm məsələ olmalıdır.


Azərbaycan hökuməti 2004-cü ilin sentyabrında «Neft gəlirlərindən səmərəli istifadə üzrə uzunmüddətli strategiya»nı təsdiqləyib. Müstəqil ekspertlər həmin sənədin ümumi xarakter daşıdığını deyirlər.


Azərbaycanın Amerika Məzunları Cəmiyyəti öz təkliflər paketini tezliklə hökumətə göndərəcək. Təşkilat 3 il əvvəl yaradılıb, indiyə kimi 15 layihə həyata keçirib.


XS
SM
MD
LG