Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Türkiyənin dövlət naziri: «Bakıdan heç nə gizlətmirik»


Türkiyə parlamenti. Ankara, 6 may 2007
Türkiyə parlamenti. Ankara, 6 may 2007
Türkiyə Böyük Millət Məclisində gündəlikdən kənar söz alan dövlət naziri və hökumət sözçüsü Cemil Çiçək Ankara ilə Yerevan arasında davam edən müzakirələr barədə millət vəkillərinə məlumat verib. Cemil Çiçək deyib:

«Türkiyə ilə Ermənistan arasındakı müzakirələrin bütün mərhələləri barədə Azərbaycana ətraflı məlumat verilib, Bakıdan heç nə gizlənilmədiyi kimi, atılan hər addımdan onların da xəbəri olub».

Dövlət naziri Ermənistan ilə münasibətlərimizin normallaşdırılması prosesinin Azərbaycanın əleyhinə olduğuna dair xəbərlər həqiqətə uyğun olmadığını bildirib:

«Ermənistan ilə müzakirə prosesində bu günə qədər olduğu kimi, bundan sonra da dost və qardaş Azərbaycan xalqının mənafeyi heç vaxt gözdən qaçırılmayacaqdır. Türkiyənin Azərbaycanın mənafeyi əleyhinə addım atmasından qətiyyən söhbət gedə bilməz. Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə daimi şəkildə həll edilməsini arzu edir. Azərbaycan torpaqlarının işğalına son qoyulmadan bölgədə arzu edilən münasibətlərin yaradılması qeyri-mümkündür».

Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» müəyyənləşib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliliyi açıqlama yayıb.
XS
SM
MD
LG