Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

«Mən İvan olmaq istəmirəm»


Kamçatkanın yerli əhalisi, 20 iyun 2005
Kamçatkanın yerli əhalisi, 20 iyun 2005
«Heç bir tarixi əsas olmadan mən İvan olmaq istəmirəm». Bunu deyən Rusiyada Perm vilayəti müftilərinin rəhbəri Muhammedali Həzrət Huzindir. Onu hövsələdən çıxarıb Moskvaya bu cür qəzəbli cavab verməyə məcbur edən isə orta məktəblərdə milli kimlik məsələləri tədris olunmaması barədə ötən ilin sentyabrında qüvvəyə minən qanundur.

«Azadlıq» radiosunun əməkdaşı Ahto Lobyakas yazır Rusiyanın Təhsil Nazirliyi muxtar respublikalardakı məktəbələrə ayrıca təlimat da göndərib ki, milli komponentlər tədris olunmasın.

Bu isə Rusiyadakı indiki şəraitdə bu ölkədəki 21 muxtar respublikada insanların mədəni və milli kimliklərini qoruyub saxlamalarını faktiki olaraq mümkünsüz edir.

«Azadlıq» radiosunun Tatar-Başqırd xidmətindən jurnalist Metin Karısmaz bildirir ki, yeni qanun tatarca dil və ədəbiyyatı bir fənn kimi tədrisdən çıxarır. Eyni zamanda qanun tatar tarixi və milli mədəniyyətinin öyrənilməsinə imkan vermir.

Metin Karısmaz bildirir ki, bütün Rusiya miqyasında qanuna etirazlar olsa da, hələlik onlara cavab verən yoxdur:

«Bu yaxınlarda Rusiyanın Təhsil naziri Kazana gələcək. Bəlkə həmin səfərdə bir dəyişiklik ola biləcəyi barədə ümidlər var».

Tataristanın prezidenti Mintimer Şaymiyev də milli komponenetlərin məktəb proqramından çıxarılmasını qəbuledilməz adlandırıb. O, həmin qanunun icrası üçün Tatarıstan Konstitusiyasının da dəyişilməli olduğunu bildirib.

«Azadlıq» radiosunun əməkdaşı Ahto Lobyakas yazır ki, hələlik Tatarıstan və başqa əksəriyyəti müsəlman olan muxtar respublikalarda həmin qanuna etirazlar sərtdir. Fin-uyğur dilləri ailəsindən olan respublikalar isə Avropa Birliyindən kömək gözləyirlər. Onlar Avropa Birliyinin Estoniya, Finlandiya və Macarıstan kimi ölkələrin xalqları ilə qohumdurlar.

Müəllifin qeyd etdiyinə görə, hətta Moskvaya daha çox təsir imkanı olan Finlandiya bu məsələdə o qədər də fəal deyil.

Aprelin 20-də Helsinkidə Rusiya prezident Dmitri Medvedevlə görüşündə Finlandiyanın prezidenti Tarya Halonen öz etnik qohumları barədə heç bir söz söyləməyib.
XS
SM
MD
LG