Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:34

Dünyada innovasiyalar reytinqi


«Economist Intelligence Unit»in innovasiyalar reytinqinə Yaponiya başçılıq edir
«Economist Intelligence Unit»in innovasiyalar reytinqinə Yaponiya başçılıq edir
Azərbaycan 82 ölkə arasında ancaq 70-ci ölkə olmağı bacarıb. Təşkilatın hesablamasına görə Azərbaycanda 2004-2008-ci illər arasında hər milyon nəfərə ancaq 0.119 patent düşüb.

Patent yəni hər hansı yeni texnologiya və ya əvvəlcədən kimsə tərəfindən irəli sürülməyən səmərələşdirici təkliflər və ya üsullar deməkdir. Özü də bu patentləri ya Avropa Birliyi, ya Yaponiya, ya da ABŞ-ın patent idarələri təsdiqləməlidir.

«Economist Intelligence Unit» 2009-2013-cü illər üçün proqnoz da verib. Həmin proqnoza görə, Azərbaycan növbəti 4 ildə yeniliklərin, ixtiraların təklifi və tətbiqi baxımından 1 pillə də geriləyəcək.

Amma reytinq siyahısının maraqlı bir tərəfi də var ki, Azərbaycanın Qafqazdakı qonşuları Gürcüstan, Ermənistan ümumiyyətlə siyahıya da düşməyib.

Yeniliklər indeksində Rusiya 39, Türkiyə 52, Ukrayna 53, Qazaxıstan 69, İran 75-ci sırada yer alıb.

Növbəti 4 il üçün proqnozunda isə Rusiya 39, Türkiyə 51, Ukrayna 63, Qazaxıstan 66, İran 75-ci olacaq.

«Economist Intelligence Unit»in innovasiyalar reytinqinə isə Yaponiya başçılıq eləyir. Yaponiyada hər 1 milyon adama 1274 ixtira - səmərələşdirici təklif - yəni yenilik patenti düşür. Başqa sözlə Yaponiyada hər 800 adamdan biri ildə azı 1 dənə yenilik ixtira eləyir.

Müqayisə üçün, Azərbaycanın bütün əhalisi ildə ancaq bir ixtira eləyir.

Sıralama

hər milyon nəfərə
düşən ixtiraların sayı

1. Yaponiya
2. İsveçrə
3. Finlandiya
4. ABŞ
5. İsveç
6. Almaniya
7. Tayvan
8. Hollandiya
9. İsrail
10. Danimarka
11. Cənubi Koreya
12. Avstriya
13. Fransa
14. Kanada
15. Belçika
16. Sinqapur
17. Norveç
18. Böyük Britaniya
...
39. Rusiya
...
52. Türkiyə
53. Ukrayna
...
69. Qazaxıstan
70. Azərbaycan
...
75. İran
1274.533
505.839
363.298
359.840
330.980
310.695
293.642
212.411
199.801
184.985
148.704
147.317
136.223
132.635
116.899
111.307
106.668
105.211
...
1.460
...
0.554
0.535
...
0.132
0.119
...
0.033
XS
SM
MD
LG