Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:09

Donuz qripi Amerika məktəblərini bağlatdırır


Taivan. 27 aprel -- Sanitariya xidmətinin əməkdaşı heyvanları dezinfeksiya edir
Taivan. 27 aprel -- Sanitariya xidmətinin əməkdaşı heyvanları dezinfeksiya edir
Nyu-Yorkda 28 nəfər donuz qripinə yoluxan var

Nyu Yorkda tətilini Meksikada keçirən məktəblilərin kütləvi şəkildə “donuz qripi”nə yoluxduğu bildirilir.

Ümumilikdə Nyu York şəhərinin Kuinz (Queens) məhəlləsində yerləşən St. Francis Preparatory katolik məktəbinin 100-ə yaxın şagirdində bu xəstəliyin müxtəlif ciddilikdə simptomları müəyyən edilib.

Verilən xəbərə əsasən, 28 şagirdin analizləri xəstəliyin mövcudluğunu təsdiq edib. Daha 17 nəfərdə virusun yüngül formada təzahür edən əlamətləri aşkar edilib.
Mexikoda turistlər nəfəs yollarını sarğı ilə bağlamaqla epidemideyadan qotunmağa çalışırlar

Amerika məktəbliləri arasında yaz tətilində qonşu Meksikaya səfər etmək populyardır. Bu məktəbin şagirdləri də tətillərini Meksikada keçiriblər.



Amerikanın müxtəlif ştatlarında məktəblər bağlanır

Epidemiyanın gedişini araşdıran mütəxəssisləri fikrincə virus bir-birinə yaxın duran insanlar arasında kifayət qədər tez yayılır. Nyu York məktəbində müvəqqəti olaraq dərslər dayandırılıb. Xəstəliyin məktəbdən kənarda yayılması halları qeydə alınmasa da, yerli və federal epidemoloji və sanitariya xidmətləri yüksək hazırlıq vəaiyyətinə gətirlib.

Şagird və tələbələr arasında donuz qripi şübhəsi əsasında Amerikanın Texas, Kaliforniya, Ohayo (Ohio) və Cənubi Kərolayn (South Carolina) ştatlarında da təhsil müəssisələri bağlanıb. ABŞ-da hələlik bu xəstəlikdən ölən olmayıb.
Mexiko metrosu girişində silahlı keşikçi

Bazar ertəsi günün sonuna qədər Şotlandiyada da 2 nəfərin xəstələndiyi öz təsdiqini tapıb. Bundan əvvəl isə virusun İspaniya və Kanadaya da yayıldığı haqda xəbər verilirdi. Bir sıra Avropa ölkələrində donuz qripi simptomları ilə xəstəxanaya yerləşdirilən adamlardan qan təhlili götürülüb, onların nəticələri donuz qripinin həcmi haqda daha dolğun mənzərənin yaranmasına komək etməlidir.

Beynəlxalq Səhiyyə təşkilatı 4-5 ballıq hazırlıq dərəcəsi rla edib. Xatırladaq ki, hazırlığın 6-cı dərəcəsi pandemiya – epidemiyanın müxtəlif ölkələrə yayılması deməkdir.

Meksikada ölənlərin sayı artır

Epidemiyanın mərkəzi olan Mekikada isə artıq 149 nəfərin virusdan öldüyü haqda şübhələr var. Ölüm hallarının hələlik talnız 20 xüsusi testlər vasitəsilə təsdiqlənib. Bu rəqəmin artması istisna edilmir, cünki Meksika rəsmiləri yaxın saatlarda yüzlərlə testin cavablarını gözləyir
Mexikoda əsgərlər əhaliyə ağız sarğıları paylayır

İlk virus xəstəliyinin aşkar edildiyi 13 apreldən bəri 1995 nəfər xəstəxanaya yerləşdirilib. Onlarda donuz qripinin əlaməti sayılan ağır sətəlcəm simptomları olub. Bunlardan 1070 nəfəri sonradan xəstəxandan buraxılıb.

Hazırda Meksika məktəblərində mayın 6-a qədər dərslər dayandırılıb. Hazırlıq dərəcəsi 6 bala qaldırılsa, ölkədəki bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq, hava və dəniz limanları bağlanacaq.

DONUZ QRİPİ HAQDA BUNLARI BİLMƏK MARAQLIDIR
XS
SM
MD
LG