Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:30

Avropa Birliyi yeni əməkdaşlıq üçün şərt qoyur


Gunnar Vigand: «Biz heç kimə öz siyasətimizi sırımırıq»
Gunnar Vigand: «Biz heç kimə öz siyasətimizi sırımırıq»
«Avropa Birliyi hökumətləri qonşuluq siyasətinin şərqə doğru genişlənməsi məsələsində çox aydın təsəvvürə malikdir. Yeni saziş - Assosiasiya sazişləri adlanan daha dərin əməkdaşlıq mərhələsində demokratiya və insan haqları əsas şərt olaraq görüləcək. Burada söhbət insan haqları standartlarından və azadlıqlarından, media və toplaşma azadlığından gedir. Avropa Komissiyası yeni saziş üzrə təkliflərini Avropa Komissiyasının Şurasına təqdim edəndə siyasi şərait əsas şərt olaraq görüləcək».

Bu fikri «Azadlıq» radiosuna Avropa Komissiyası Xarici Əlaqələr üzrə baş direktorluğun Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya Respublikaları üzrə direktoru Gunnar Viqand deyib.

O daha sonra bildirib: «Biz Ukrayna ilə artıq bu prosesdən keçmişik. Və ümid edirəm ki, digər ölkələrlə də yaxın gələcəkdə - bu il - keçəcəyik».

«Siyasi şəraitlə bağlı bizim qiymətləndirməmiz Avropa Qonşuluq Siyasəti İnkişaf Hesabatında (ENP Progress report) əksini tapıb. Biz vəziyyəti müşahidə edirik».

Gunnar Viqand deyib: «Hər ölkəyə onun özünün hazırkı səviyyəsi və eləcə də əməkdaşlıq arzularına görə yanaşırıq. Assosiasiya sazişləri üzrə danışıqlar çox vaxt aparır. Amma biz daha dərin əməkdaşlıq təklif edirik və bunun üçün şərtlər qoyuruq. Bu siyasi baxımdan da belədir, iqtisadi baxımdan da».

Ölkənin özünün məsələyə münasibətinə gəlincə, Gunnar Vigand deyir ki:

«Biz burda masa üzərindəki təklifdən danışırıq. Heç kimə öz siyasətimizi sırımırıq. Ölkələrin özü qərar verir ki, onlar bu imkanlardan yararlanmaq istəyirlər, ya yox».


«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG