Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamenti bu ilin sonuna qədər Bakıdakı binalarda 64 lifti yenisiylə əvəzləyəcək. Bu barədə departamentin rəis müavini Rüfət Ələkbərov məlumat verib. Amma ümumilikdə paytaxtda istismar müddətini başa vurmuş 1000-ə yaxın lift var. R.Ələkbərov deyib ki, bütün liftləri yenisiylə əvəz etmək departamentin imkanı xaricindədir, çünki bir liftin alınıb quraşdırılması 20 min manata başa gəlir. Departament nümayəndəsi hesab edir ki, istər sovet dövründən qalma liftlərin yeniləri ilə əvəzlənməsi, istərsə də liftlərə xidmətin yaxşılaşdırılması üçün liftdən istifadə tariflərinə yenidən baxılmalıdır. İndi bu tarif bir nəfər üçün ayda 1000 manatdır.