Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Ekspert basqında «Makarov»dan istifadə olunmasına şübhə edir


«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var
«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın zamanı «Makarov» tipli tapançadan atəş açıldığını bildirirlər.

Mütəxəssislər isə hesab edirlər ki, «Makarov»dan uzaq məsafə üçün istifadə etmək mümkün deyil. Digər silahlarla müqayisədə bu tapançanın patron darağında güllələrin sayı məhduddur: cəmi 8 patron.

Bu göstəricilərə malik tapança ilə 13 nəfəri öldürmək üçün nə dərəcədə peşəkar olmaq lazımdır?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bu silahla asanlıqla bir qrup insanı öldürmək yalnız peşəkarlara məxsus qabiliyyətdir:

- «Makarov»la bu qədər adamın öldürülməsi və yaralanması mənim üçün bir az qaranlıq qalır. Nəzərə alsaq ki, bu adam peşəkar hərbçi deyil, mülki şəxsdir, yoxlanılsa, bəlkə də heç hərbi xidmətdə də olmayıb. Bunun xüsusi hazırlığı olmalıydı ki, bu qədər insanı qətlə yetirsin, yaralasın.

Ü.Cəfərov Akademiyaya basqın edəni professional hesab etmir və istifadə olunan silahın «Makarov» olmasına şübhə ilə yanaşır:

- Bu silahla bu qədər insanı belə asanlıqla qətlə yetirmək mümkün deyil. Ümumiyyətlə, tapança ilə bu qədər insanın qətlə yetirilməsi şübhə oyadır. Ola bilsin ki, bu, tapançaya bənzər başqa bir silahdır. Düşünürəm ki, ballistik və digər ekspertizalar məsələyə aydınlıq gətirəcək.

Ü.Cəfərov deyir ki, Azərbaycanda indiyədək olan qətllər zamanı istifadə olunan silahların nə nömrəsi, nə də hansı güc strukturuna aid olması açıqlanmayıb:

- Hər bir silah Azərbaycan ərazisində qeydiyyatdadır. Silahların istehsal olunduğu zavod, hətta patronların belə hansı ölkəyə, hansı seriya altında göndərilməsi aydın olan məsələlərdir.

«Makarov» Rusiyada istehsal olunur. Silahın 50 illik tarixi var.
XS
SM
MD
LG