Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:05

A.Gül Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb


Prezidentlər İlham Əliyev və Abdullah Gül Praqada, 7 may 2009
Prezidentlər İlham Əliyev və Abdullah Gül Praqada, 7 may 2009

Mayın 7-8 Praqada keçirilən sammit iştirakçıları arasında diplomatik fəallıq müşahidə olunur. Türkiyə prezidenti mayın 7-də gecəyayarısına yaxın Ermənistan prezidenti ilə görüşünü bitirib.

Bundan iki saat əvvəl Türkiyə preziidenti Ilham Əliyevlə də görüışüb.

Praqanın "Four season" hotelində Azırbaycan prezidenti ilə söhbət edəndən sonra Abdulla Gül "Mandarin Oriental" hotelinə Ermənistan prezidentləri ilə görüşə gedib.

Bağlı qapı arxasında keçən bu görüşdən sonra onları gözləyən jurnalistlərin sərhədlərin açılması ilə bağlı sualına Serj Sarkisyan cavab verib ki, onun fikrincə sərhədlərin açılması üçün tərəflər heç bir tələb irəli sürməməlidir.

Abdulla Gülün görüşdən sonra jurnaslitlərə dedi:

Prezidentlər Serj Sarkisyan və Abdullah Gül, 7 may 2009
"Türkiyə ilə Ermənistan arasında əlaqələrlə bağlı hörmətli Sarkisyanla anlayışda olduğumuzu görməkdən məmnunam. Ayrıca olaraq hörmətli Əliyevlə hörmətli Sarkisyan arasında görüşmələrdə də bəzi müsbət gəlişmələrin olduğunu duymaqdan da ayrıca məmnun oldum.

Şübhəsiz ki, bu mövzular arasında neqativ deyil pozitiv əlaqə vardır. Bu mövzuda inkişafların hamısının bir-birinə yaxşı təsiri olacaq. Bu bir gerçəkdir. Ümid edirəm ki, bu proseslər davam edəcək və bütün Qafqazda böyük bir barış ortaya çıxar. Türkiyə, Ermənistan, Azərbaycan hər kəs bu nəticələrin faydasını görər. Bu proses davam edir".

XS
SM
MD
LG