Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:54

Deputat istintaq qrupu yaradılsın


ADNA-nın korpuslarından birinin binasında baş verən qətliamda 12 nəfər öldürülüb
ADNA-nın korpuslarından birinin binasında baş verən qətliamda 12 nəfər öldürülüb
«Neft Akademiyasında hüquq-mühafizə orqanları öz işlərinin öhdəsindən gələ bilməyiblər. Terrorçu silahı Azərbaycana necə gətirə bilib? Prezident Aparatı niyə bunu adi hadisə adlandırıb?». Milli Məclisin mayın 8-də keçirilən iclasında Müsavat deputat qrupundan olan millət vəkili Arzu Səmədbəyli belə deyib.

O hadisəni terror aktı adlandırıb və terrorçunun tək olmasına şübhə etdiyini söyləyib.

«Bununla bağlı matəm elan olunmalı idi. Amma «Gül bayramı»na hazırlıq gedir»-, deyə o bildirib. Arzu Səmədbəyli hadisənin araşdırılması üçün deputat istintaq komissiyasının yaradılmasını təklif edib.

Milltət vəkili İqbal Ağazadə də baş vermiş hadisəni kiminsə pisixi pozuntusu ilə bağlı olmadığını deyib. O da deputatlar və ictimai statusu olan şəxslərdən ibarət istintaq komissiyasının yaradılmasını təklif edib.

YAP-dan olan deputat Mübariz Qurbanlı məsələni siyasiləşdirilməsinin əleyhinə olduğunu və hüquq-mühafizə orqanlarının işlərinin öhdəsindən gəldiyini bildirib.

Məsələyə spiker Oqtay Əsədov istintaq qrupunun yaradıldığını və məsələnin prezidentin nəzarətində olduğunu deyib.

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxsin ADNA-nın korpuslarından birinin binasında törətdiyi atışma nəticəsində 12 nəfər öldürülüb, müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.

Onun üzərindən Gürcüstan vətəndaşı olan Marneuli rayonunun Daştəpə kəndinin sakini Fərda Qədirovun adına olan sənədlər tapılıb.

Daha sonra istintaq, həmçinin meyitin göstərildiyi atası Əsəd Qədirov bu şəxsin Fərda Qədirov olduğunu təsdiqləyib.
XS
SM
MD
LG