Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:54

Xarici siyasət niyə görə qapalı olmalıdır?


Həmsədrlər Praqada, 7 may 2009
Həmsədrlər Praqada, 7 may 2009
Minsk Qrupunun həmsədrləri bu il «yeni vədlər», xarici siyasətdə böyük dönüşlər olacağı haqqında artıq yenidən söz oyununa bənzər prosesə qoşulublar. Hər il bu proses təkrarlanmasaydı, bəlkə də ötəri hadisə kimi onu nəzərə almamaq da olardı. Amma hiss olunur ki, proses gedir.

Bununla bağlı, hakimiyyətin belə bir mövqeyi var ki, xarici siyasət qapalı olmalıdır. Minsk Qrupunun həmsədrləri hər halda kifayət qədər təcrübəli diplomatlardır. Amma onlar da belə hesab edirlər ki, prezidentlər və diplomatlar arasındakı danışıqların məğzi cəmiyyətdən gizlədilməlidir.

Bu, çox maraqlı detaldır. Təsəvvür edək ki, problemin həlli üçün müəyyən model hazırlanıb. Bəs cəmiyyət son nəticədə də bu modeldən xəbərsiz qalacaq? Axı bu, qeyri-mümkündür.

Ermənistanda problem nisbətən fərqlidir. Bu ölkədə də zordan geniş istifadə olunsa da, yeni seçilmiş prezident müxalifətlə ölkədəki problemləri müzakirə edib. Ermənistan parlamentində Qarabağ komitəsi var.

Amma Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı komitədən başqa heç nə yoxdur. Səbəbini soruşanda, iqtidaryönlü deputatlar bir nəfər kimi deyirlər ki, komitəyə ehtiyac yoxdur, onsuz da hamımız Qarabağ problemi məşğul oluruq! Əslində isə bu, çox yanlış yanaşmadır. Ən azı ona görə ki, parlament hökumət üzərində nəzarət hüququna malikdir. Çox qəribədir ki, parlament hələ bu vaxta qədər öz səlahiyyətini genişləndirmək fikrində olmayıb.

Bütün hallarda ölkənin xarici siyasəti çox pis vəziyyətdədir. Bu necə ola bilər ki, dövlətin hərbi doktrinası olmasın!? Bu məsələ də Konstitusiyada öz əksini tapıb: prezident Milli Məclisə hərbi doktrinanın layihəsini təqdim etməlidir. Bir ara deyirdilər ki, bu məsələ həll ediləcək... Amma bu, lazım bilinmədi. Görünür, «lazım» hələ bu tərəflərə baş çəkmək niyyətində deyil...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG