Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:27

«Yeni Fikir»çilərin məhkəmə istintaqı sona çatdı


İyulun 3-də «Yeni Fikir» Gənclər Təşkilatının üç fəalının işiylə bağlı məhkəmə istintaqı sona çatıb. Dövlət ittihamçısı iyulun 10-da onlara cəza tələb edəcək. Bunu hakim Tofiq Paşayev bu günkü məhkəmə prosesində bildirib.


«Yeni Fikir» Gənclər Təşkilatının üç fəalı – Ruslan Bəşirli, Ramin Tağıyev və Səid Nuriyev dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda ittiham olunur. Ruslan Bəşirli və Ramin Tağıyev keçən ilin avqust ayında həbs olunub, Səid Nuriyev haqqında isə, səhhətinə görə həbs-qətimkan tədbiri dəyişdirilib.




XS
SM
MD
LG