Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:25

ABŞ insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə ilkin olaraq 350 min dollar ayıracaq


İnsan alveri qurbanlarıyla işləyəcək heyət üçün keçirilən bir həftəlik təlim kursları iyulun 7-də başa çatıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyilə ATƏT-in Bakı Ofisinin və Beynəlxalq Miqrasiya Təşkilatının təşkil etdiyi kursları ukraynalı mütəxəssislər aparıb. 18 nəfərin iştirak etdiyi təlimdə iştirakçılar insan alveri qurbanlarıyla ünsiyyət texnologiyasını mənimsəyiblər.


ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Conatan Henikin sözlərinə görə, təlim iştirakçıları qurbanlarla «qaynar xətt» vasitəsilə əlaqə saxlaya biləcəklər. Bunun üçün üç rəqəmli telefon nömrəsi ayrılacaq və bu nömrəyə təkcə Azərbaycanın bölgələrindən deyil, hətta xarici ölkələrdən də pulsuz zəng edib hüquqi və psixoloji yardım almaq mümkün olacaq.


«Qaynar xətt»in işləməsi və insan alveri qurbanları üçün sığınacaqların fəaliyyətinə ABŞ hökuməti maliyyə yardımı göstərəcək. İlkin vəsaitin 350 min dollar olması nəzərdə tutulur. Cənab Henikin sözlərinə görə, sonradan digər maliyyə mənbələri də tapılacaq.


Dünyada hər il 800 min adam insan alverinin qurbanı olur.


XS
SM
MD
LG