Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 06:04

Bakı Nəqliyyat Departamenti ləğv edilib


Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Departamenti ləğv edilib. Departamentin tabeliyində olan müəssisələr isə Nəqliyyat Nazirliyinə verilib. Sərəncamda bildirilir ki, Nəqliyyat Nazirliyi haqqında əsasnaməyə uyğun olaraq Nəqliyyat Nazirliyi yol nəqliyyat kompleksi sahəsində vahid dövlət siyasətini həyata keçirən mərkəzi orqandır. Bu sərəncamın verilməsində məqsəd Bakıda sərnişindaşımanın təşkili və nizamlanmasında paralelliyi aradan qaldırmaq, idarəetmə sistemini təkmilləşdirmək, həmin sahədə aparılan islahatların effektivliyini artırmaqdır.
XS
SM
MD
LG