Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Elmar Hüseynov anılıb


İyulun 17-də yaxınları ilə bərabər bir qrup jurnalist, ictimaiyyət və siyasət adamları «Monitor» jurnalının kecmiş baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun 39 yaşı tamam olması münasibətilə məzarının önündə onu yad ediblər.
Anma mərasimində Müsavat Partiyasının başqanı İsa Qəmbər, millət vəkili Pənah Hüseyn, «Elmar Hüseynov» Fondunun təsisçılərindən olan Şahbaz Xuduoğlu və digərləri cıxış edərək, baş redaktorun qətlinə və cinayətin üstünün indiyə qədər açılmamasına görə hakimiyyəti ittiham ediblər.


Elmar Hüseynovun atası Sabir Hüseynov isə cinayətin tezliklə açılacağına ümid olmadığını bildirərək, jurnalistləri bu məsələni daim diqqətdə saxlamağa çağırıb.


Elmar Hüseynov 2005-ci il martın 2-də evinin girəcəyində odlu silahdan acılan atəşlə qətlə yetirilib.


İşi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi aparır. Nazirlikdən bildirirlər ki, hələlik istintaq davam edir və cinayətin üstünün tezliklə açılacağına ümid edirlər.


XS
SM
MD
LG