Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:51

Avropa Parlamentinin 19 üzvü İran hökumətini azərbaycanlı məhbusları azad etməyə çağırır


Bəyanat İran prezidenti, parlamenti, hökumət üzvləri və Avropadakı İran səfirliklərinə ünvanlanıb
Bəyanat İran prezidenti, parlamenti, hökumət üzvləri və Avropadakı İran səfirliklərinə ünvanlanıb

İranda azərbaycanlılara qarşı təzyiqlərin artması ilə bağlı Avropa Parlamentinin 19 üzvü bəyanat imzalayıb. Bəyanatda İran hökuməti bütün azərbaycanlı siyasi məhbusların dərhal və şərtsiz azad edilməsinə çağırılır.




Bəyanatda deyilir ki, BMT-nin hesablamalarına görə, çoxmillətli İranın əhalisinin 40%-ni təşkil edən azərbaycanlıların sayı 30 milyona yaxındır. Sənəddə azərbaycanlıların əhalinin böyük bir hissəni təşkil etməsinə baxmayaraq, onların sistematik assimilyasiyaya məruz qaldığı və fundamental insan hüquqlarından məhrum edildiyi vurğulanır.

Bəyanatda bildirilir ki, bir əsrə yaxın davam edən təzyiqlər bu yaxınlarda İranın bir sıra Azərbaycan şəhərləri, o cümlədən, Təbriz, Urmiyə, Nagadeh, Xoy, Zəncan, və Ərdəbildə etiraz aksiyalarına səbəb olub. Lakin İran hökuməti nümayişlərə qəddarlıqla, onlarla insanın ölümü, yüzlərlə nümayişçinin yaralanması və minlərlə insanın həbsi ilə nəticələnən zorakılıqla cavab verib.


Bəyanatda həbsdə olanların vəziyyətinin ağır olduğunu qeyd edilir. məhbusların işgəncə və edam təhlükəsi altında olduğu bildirilir. Avropa Parlamenti üzvləri qeyri-qanuni həbslərinə etiraz əlaməti olaraq aclıq elan edən məhbusların həyatının təhlükə altında olduğunu da vurğulayıblar.


Sənədi imzalayanlar yuxarıdakı faktları nəzərə alaraq, məhbusların səhhəti ilə bağlı ciddi narahatlıqlarını bildirir və İran rejiminin məhbusların harada saxlanıldığı barədə məlumat verməsi, onların ailələri və özlərinin seçdikləri vəkillərlə məhdudiyyətsiz görüşlərinə şərait yaradılması, eləcə də tibbi yardımla təmin edilməsinə çağırır. Avropa Parlamentinin 19 üzvünün imzaladığı sənəd İran prezidenti, parlamenti, hökumət üzvləri və Avropadakı İran səfirliklərinə ünvanlanıb.


XS
SM
MD
LG