Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:35

Suriya hökuməti Deraa şəhərinə daha çox tank yeritdi


Suriya hökuməti xalq üsyanının ocaqlarından olan 120 minlik Deraa şəhərinə aprelin 30-da yenə tanklar yeridib. (Röyters)

Şəhərin köhnə məhəllələrində mərmi partlayışları eşidilir.

Hökumət qüvvələri üsyançıların adətən toplaşdıqları Ömər Məscidinə hücum ediblər.

Bazar ertəsi şəhərə ilk dəfə tanklar yeridilsə də, kütləvi etirazların qarşısını almaq mümkün olmamışdı.

Cümə günü əsgərlərin nümayişçilərə açdıqları atəş nəticəsində 19 nəfər öldürülüb.
XS
SM
MD
LG