Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:23

Baş Prokurorluq əsgərlərin zəhərlənməsi ilə bağlı açıqlama yayıb


Nazirlik bildirir ki, cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır
Nazirlik bildirir ki, cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır
Azərbaycan Respublikası Baş Prokurorluğu əsgərlərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama yayıb. Prokurorluqdan «Azadlıq» radiosuna daxil olan açıqlamada deyilir ki, mayın 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrin N saylı hərbi hissəsinin hərbi qulluqçularının kütləvi qida zəhərlənmələri faktı ilə əlaqədar Bakı şəhər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hərbi qulluqçulardan 6 nəfəri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicələrini davam etdirir və vəziyyətləri kafidir.

Prokurorluq bildirir ki, cinayət işi üzrə məhkəmə-tibbi və digər zəruri ekspertizaları təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır:

«İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək».
XS
SM
MD
LG