Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Siqaretin qurbanı – ilə 5 milyon adam


“Siqaret qutusunun üstündə qaralmış dişlərin, xərçəngə tutulmuş ağciyərin, ürəyindən əməliyyat olunan adamların şəkilləri çap olunsun”.


Uruqvayda siqaret qutusunun üstündəki şəkil.

“Röyters” agentliyi yazır ki, bu, Dünya Səhiyyə Təşkilatının (DST) dövlətlərə çağırışıdır. Təşkilat hesab edir ki, təkcə qutunun üstünə “siqaret çəkmək sağlamlığa ziyandır” yazmaq onu çəkənə ziyan haqqında tam informasiya vermir. Şəkillərlə xəbərdarlıq daha effektlidir.

Araşdırmalara görə, siqaret çəkənlərin az qala hamısı bunun zərərli olduğunu bilir. Amma həmin zərərin konkret nələrdən ibarət olması haqqında çox az adam məlumatlıdır. Ona görə də BMT-nin səhiyyə təşkilatı hökumətlərdən xahiş edir ki, siqaret satanlardan onun qutusunun üstünə siqaretin yaratdığı xəstəliklərin şəkillərini vurmağı tələb etsinlər.


Britaniyada siqaret qutusunun üstündəki şəkil.
Mayın 31-I – Tütünlə Beynəlxalq Mübarizə Günü üçün edilən müraciətdə qeyd edilir ki, bu cür şəkillər siqaretin insanı necə öldürdüyü haqqında daha aydın təsəvvür yaradır.

DST-nin məlumatına görə artıq dünyanın 20-dən çox ölkəsində, o cümlədən, Britaniya, İran, Malayziya, Peru kimi dövlətlərdə siqaret qutularının üstünə həmin şəkillər vurulur. İndi onun müsbət nəticələri də görünür. Şəkillərin yaratdığı "narahatlıq, qorxu, iyrənmə" kimi hisslər siqaretin tərk edilməsinə gətirib çıxarır.

Amma hazırda 20-də çox ölkədə siqaret qutularının üstünə şəkillər vurulsa da dünya üzrə əhalinin yalnız 10%-i həmin dövlətlərdə yaşayır. Əhalinin 90%-nin hələlik siqaret qutularında onun yaratdığı xəstəliklərin şəkillərini görmək imkanı yoxdur.
Belçikada siqaret qutusunun üstündəki şəkil.

DST siqareti “dünyada ölümə səbəb olan, amma qarşısı alına bilən ən əsas amil” kimi tanıdır. Təşkilatın məlumatına görə hər il dünyada 5 milyon adam yalnız siqaret çəkdiyi üçün ölür.

Siqaret çəkənlərin əksəriyyəti də - 80%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır və onların sayı getdikcə artmaqdadır.

Azərbaycanda da siqaret çəkənlərin artması haqqında məlumatlar var. Bu ilin əvvəlində Milli Məclisin deputatı Musa Quliyev “Azadlıq” radiosuna bildirirdi ki, Azərbaycanda 3 milyon nəfərə yaxın adam siqaret çəkir. Yəni, ölkədə hər üç nəfərdən biri “tüstülədir”.
Musa Quliyev bildirirdi ki, Azərbaycanda siqaret çəkənlərin 300 000nəfəri də qadınlardır.


İranda siqaret qutusunun üstündəki şəkil.





Siz necə, siqaretin yaratdığı xəstəliklərin şəklini onun qutusunun üstündə görmək istərdinizmi? Sizcə, bu, siqareti atmağınıza kömək edərmi?
Fikirlərinizi göndərin.
XS
SM
MD
LG