Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:55

Sosial ipotekanın nə vaxt veriləcəyi məlum deyil


İyunun 1-dən kommersiya şərtlərilə ipoteka kreditlərinin verilməsi yenidən bərpa olunub. Amma sosial ipotekanın nə vaxt veriləcəyi məlum deyil.

İpoteka Fondu mətbuat xidmətinin rəhbəri Samirə Nəsibovanın «Azadlıq» radiosuna dediyinə görə, dövlət büdcəsindən nə vaxt maliyyə vəsaiti ayrılacaqsa, sosial ipoteka da o vaxt veriləcək.

İyunun 1-dən start götürəcək ipoteka kreditləşməsi yalnız kommersiya şərtləri əsasında 8 faizlə veriləcək.

2009-cu ilin dövlət büdcəsində sosial ipoteka kreditlərinin maliyyələşməsinə 35 milyon manat vəsait ayrılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, parlamentdə 2008-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləndə, o, sosial ipotekanın niyə verilməməsi məsələsini qaldıranda Mərkəzi Bankın sədri Elman Rüstəmov bu məsələyə aydınlıq gətirib:

«Elman Rüstəmov dedi ki, həm sosial, həm də kommersiya şərtlərilə ipoteka kreditlərinin verilməsində hər hansı problem yoxdur, sadəcə Maliyyə Nazirliyi sosial ipotekanın verilməsilə bağlı büdcəyə pul köçürməlidir».

Bu baxımdan Vahid Əhmədov inanır ki, sosial ipoteka kreditləri də yaxın vaxtlarda verilə bilər.

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 15 may 2009-cu il tarixli qərarı ilə 18 müvəkkil kredit təşkilatının yeni siyahısı təsdiq edilib.
XS
SM
MD
LG