Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:08

«Danışıqlarda irəliləyiş olsun ki, parlamentdə açıqlama verim»


«Danışıqlarda irəliləyiş olsa, deputatlar qarşısında nəinki qapalı, elə açıq şəkildə də hesabat verərəm»
«Danışıqlarda irəliləyiş olsa, deputatlar qarşısında nəinki qapalı, elə açıq şəkildə də hesabat verərəm»
«Danışıqlarda bir irəliləyiş olsun ki, gəlib parlamentdə açıqlama verim»-, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Azadlıq» radiosunun sualını cavablandırarkən belə deyib.

Milli Məclisin iclasında bir çox millət vəkilləri Qarabağ danışıqlarının gedişi barədə nazirin parlamentin qapalı iclasında hesabat verməsini istəyib. Məsələyə münasibət bildirən E.Məmmədyarov isə danışıqlarda irəliləyiş olmadığından açıqlama verməyə ehtiyac duymur:

«Danışıqlarda irəliləyiş olsa, deputatlar qarşısında nəinki qapalı, elə açıq şəkildə də hesabat verərəm».

E.Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən də çox şey gözləmir. O bildirib ki, hər şey Ermənistanın konstruktiv mövqe tutmasından asılı olacaq.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə prezidentlərin görüşündə «dönüş anı» olacağına ümid etdiyini bildirib.

Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda iyunun 4-də görüşəcəklər. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye açıqlayıb ki, masa üzərində həmsədrlərin hazırladığı konkret təkliflər var, sənəd imzalamaq isə prezidentlərin siyasi iradəsindən və cəsarətindən asılıdır.
XS
SM
MD
LG