Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:23

Məhdud seçki də qismət olmadı...


İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei artıq səs verib. Tehran. 12 iyun 2009
İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei artıq səs verib. Tehran. 12 iyun 2009
İranda prezident seçkisi, onun qaydaları, bu ölkədə mümkün siyasi proseslər haqqında çox yazılıb, çox danışılıb. Jurnalistlər arasında belə zarafat var ki, yazmaq üçün hətta informasiya olmadığı halda belə məyus olmağa dəyməz, Yaxın Şərq və İrandan nəsə bir xəbər olacaq. Qəribədir ki, təcrübə də bunu təsdiq edir.

Düzdür, İran və seçki mövzusu kifayət qədər qəliz mövzudur, orada demokratik seçki barəsində danışmaq sadəlövhlük olardı. Məsələ bundadır ki, İran cəmiyyəti artıq seçilmişlərin sırasından kimisə seçmək məcburiyyətində qalır. Elə bu səbəbdən bu seçkiləri məhdud seçki adlandırmaq daha düzgün olardı. Hətta belə seçkilər tam demokratik olsa belə, bunun əsil və həqiqi seçkilərə elə bir aiddiyyəti yoxdur. Ən azı ona görə ki, demokratiya çoxşaxəli sistemdir, bu sistem təkcə seçki ilə məhdudlaşmır, əks təqdirdə buna elektroalizm deyərdilər.

Amma bir-iki detal var ki, onları mütləq qeyd etmək düzgün olardı. Əhalinin fəallığı kifayət qədərdir. İnsanlar mitinqlərə və başqa aksiyalara toplaşa bilirlər. Prezident seçkiləri üçün iki dəfəlik məhdudiyyət var. Məsələn, Azərbaycanla müqayisə etsək, burada bunların heç biri yoxdur...

Hər bir seçkidə İran beynəlxalq ictimaiyyətdə müəyyən ümid yaradır ki, nəhayət islahatçılar qalib gələcəklər. İran hər seçkidə bu cür maraq yarada bilir. Amma islahatçı adı ilə hakimiyyətə gələnlərin hamısı mövcud siyasi sistemin güclənməsinə çalışır, nəinki onun islah edilməsinə. Hər dəfə məyusluq yaranır. İranın digər dövlətlərlə münasibətindəki ziddiyyətlər bir qədər də artır.

Nüvə silahına yiyələnmək artıq İranda milli ideyaya çevrilib. Belə bir yanlış təsəvvür var ki, nüvə silahı sanki sehrli çubuqdur. Amma burada SSRİ-ni yada salmaq düzgün olardı. SSRİ nüvə silahına görə dünyada ikinci dövlət idi. Amma nüvə silahı SSRİ-nin parçalanmasının qarşısını ala bilmədi.

Hər halda nüvə silahı ilə bu qədər risk etməyə dəyməz. Eləcə də bir çox dövlətlər İranın nüvə silahına yiyələnmək istəyini həddən artıq şişirtməməlidirlər. Burada bir daha D.Saxarovun bir fikrini yada salmaq olar ki, nüvə silahının yaranması ilə böyük müharibələrin qarşısı alındı. A.Eynşteyn isə deyirdi ki, nüvə silahı kibrit qədər təhlükəlidir!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG