Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

«Əliyevə rüşvət planı rəsmi şəxsin kabinetində müzakirə edilib»


Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
Məhkəmə işinin rəsmi adı ABŞ-Kojeniyə qarşı, 05-cr-00518, ABŞ dairə məhkəməsi, Nyu-York (Manhattan) Cənub dairəsi gedir
Azərbaycanın indiki və keçmiş prezidenti İlham Əliyev və Heydər Əliyevə rüşvət planı dövlət rəsmisinin ofisində müzakirə edilib və verilən rüşvət hakim ailə üçün istifadə ediləcəkmiş. Bunu görən şahid belə deyir.

«Bloomberg» agentliyində dərc olunmuş David Glovinin «Əliyevə rüşvət planı rəsmi şəxsin kabinetində müzakirə edilib» adlı yazıda belə deyilir.

Yazıda deyilir ki, bu ifadə Konnektukutdan olan iş adamı Frederik Burkun ifadəsi idi. O, ABŞ prokurorluğu tərəfindən 1998-ci il dövlət neft şirkətinin alınması üçün Azərbaycan liderlərinə rüşvət verilməsinə əlbirlik etməkdə ittiham olunur. Burk 350 milyon dollar məsələsində çex mühaciri Viktor Kojeniyə qoşulan sərmayəçilərdən biri hesab olubmuş.

«O BAŞI İLƏ ARXADAKI ŞƏKLİ GÖSTƏRDİ. ARXADA PREZİDENTİN PORTRETİ VARDI»

Rusiyaya köçmü virciniyalı Tomas Farel Kojeni üçün əsas adam idi. O Kojeniyə texniki məsələlərdə və rus dilinə tərcümədə kömək edirdi. Manhetten Federal Məhkəməsində Farrel münsiflər heyətinə deyib ki, o, Kojeni və «Əli əmi» adlandırdıqları bir çeçen o zamanlar neft şirkətinin vitse-prezidenti İlham Əliyevlə, daha sonra isə Dövlət Əmlak Komitəsindən iki rəsmi ilə görüşərək şirkətin alınması məsələsini müzakirə ediblər. Onun sözlərinə görə Dövlət Əmlak Komitəsinin sədr müavini Barat Nuriyev məsələni konkret şəkildə həll etməyə çalışıb.
«Barat çox aydın və qısa şəkildə özünün və sədrinin ölkə prezidentini təmsil etdiklərini dedi. O zaman prezident Heydər Əliyev idi. O başı ilə arxadakı şəkli göstərdi. Arxada prezidentin portreti vardı».

1997-ci il Dövlət Əmlak Komitəsində olan görüşdə Kojeni Azərbaycan liderlərinə şirkəti aldıqdan və yenidən qərblilərə satdıqdan sonra mənfəətin yarısını vəd eləmişdi. Farrelin sözlərinə görə, sonrakı görüşdə isə Nuriyev ARDNŞ adlanan şirkətin mənfəətinin üçdə ikisini istəmişdi.

«O dedi ki, bu yaxşı təklifdir və üçdə iki daha yaxşı seçimdir. O, həm də Azərbaycanda qalıb işləmək üçün Kojenidən 12 milyon dollar dəyərində haqq istədi. Biz belə başa düşdük ki, haqqı prezident Əliyevin ailəsi alacaq.

63 yaşlı Frederik Burk 350 milyon dollar rüşvət məsələsində Kojeni ilə əlbir olaraq ABŞ-ın Xarici Rüşvət Təcrübəsi sənədini pozmaqda ittiham olunur. Əgər sübut olunarsa o, çirkli pulları yuma və rüşvət əlbirliyində ittiham olunaraq 30 il həbs cəzası ala bilər. Kojeni Nuriyevlə görüşdükdən aylar sonra belə onunla sərmayə yatırmayan Burk rüşvət haqqında bilmədiyini deyir. O deyir ki, Kojeni ondan milyonlarla dollar oğurlayıb.

Bu işə cəlb olunan digər sərmayəçilər Omeqa məşvərətçiləri, Amerika Beynəlxalq Qrup (American İnternational Group) sığorta şirkəti və GE sərmayə şirkəti 8 milyon dollar dəyərində sərmayə qoymuşdu. Azərbaycan isə ARDNŞ-ı heç vaxt satmadı və bütün sərmayələri ləğv etdi.
Bu işə cəlb olunmuş Kojeni Baham adalarından ABŞ-a ekstradisiya edilməmək üçün mübarizə aparır. Hakimin sözlərinə görə, Baham adalarında ölkə qanunda xarici dövlətə rüşvət vermə cinayət hesab olunmur, ona görə də Kojeni ekstradisiya edilə bilməz.

AZƏRBAYCAN RƏSMİLƏRİ RÜŞVƏT ALDIQLARINI İNKAR EDİRLƏR

ABŞ-dakı Azərbaycan səfirliyi bu məsələ ilə bağlı göndərilən məktuba cavab vermədi.
Keçən ay səfirlik rəsmisi Xəzər İbrahim verdiyi müsahibədə demişdi ki, dünyadan korrupsiyadan tam azad ölkə yoxdur.
Farrel rüşvət əlbirliyində özünü təqsirli bilir və deyib ki, o cavabında güzəşt gözləyir. O deyib ki, ARDNŞ-a sərmayə qoymaq istəyən bir çox sərmayəçilər, o cümlədən Misirli Şafiq Gabr, Gerald O” Şoqnesi və Burkla əlaqələr qurub. Lakin rüşvət məsələsini ancaq Burkla müzakirə edib. Onun sözlərinə görə ona verilən tapşırıq ARDNŞ üçün vauçerləri almaq və seçimləri gözdən keçirmək idi.
«Mənim rolum vauçerləri almaq və Azərbaycan rəsmilərinə rüşvət vermək üçün yolları araşdırmaq idi».
Farrel münsiflərə 1990-cı il universiteti bitirdikdən sonra Sankt-Peterburqa köçdüyünü və orada iş adamları üçün tərcümə işi gördüyünü deyib. Onun sözlərinə görə o, 1997-ci il Kojeni üçün işləməyə başlayıb və Kojeni və Burkla bərabər səyahət edib. Ona qədər Kojeni artıq «Praqa dəniz qulduru» adı almışdı. Güman olunur ki, bu adı ona Çexiyada dövlət əmlakından yüz milyonlarla dollar oğurladığına görə veriblər.

«VİKTOR DEDİ Kİ, O PREZİDENTƏ PUL ÖDƏYƏCƏK»

Farrel deyir ki, Kojeni Azərbaycanın da öz əmlakını satdığını biləndə vauçer ala biləcəyini düşünüb. O çeçenlər və azərbaycanlıları işə alaraq on minlərlə vauçer toplayıb. Daha sonra isə Azərbaycan polisi onun gizli agentliyindən xəbər tutdu. Buna görə də o Nuriyevlə görüşdü.
Şafik Gabr isə Azərbaycan prezidentinin gizli olaraq pul aldığını Moskvada eşidib. Bu haqda ona Kojeni üçün işləyən Kristin Rastas deyib. Rastas da Frederik Burkun məhkəməsində şahid qismində dindirilib. Manhettendəki məhkəmədə Rastas deyib ki, o, Kojeni ilə 1997-ci ilin avqustunda Moskvada barda tanış olub. Həmin vaxt Şafik Gabr da orada olub. Gabr Kojenidən soruşub ki, nəyə görə Azərbaycan hökuməti neft şirkətini satmalıdır.
«Viktor dedi ki, o prezidentə pul ödəyəcək. Konjeniyə diqqətlə baxan Gabr heç də demədi. Burk o vaxt orada yox idi».
Rastas deyib ki, o, Kojeninin Azərbaycan rəsmilərinə rüşvət verdiyini bilmirdi. O deyib ki, çünki keçmiş sovet ölkələrində qanuna əsaslandıraraq belə hallar olurdu. Rastasın sözlərinə görə o hökumətin də çalışdığı layihələrdə işlədiyindən belə düşünüb.

Rastas Barat Nuriyevlə Nyu-Yorka səfəri haqqında danışıb. Rastas ona alış verişdə və həkim müayinəsindən keçməkdə kömək etdiyin deyib. ABŞ məhkəmə işçilərinin məlumatına görə, bu səfər Burk tərəfindən təşkil olunub və Kojeni tərəfindən ödənilib.
Rastas onu da deyib ki, həmçinin o, Kojeninin imicinin və ABŞ-Azərbaycan əlaqələrinin yüksəlməsində də iştirak edib.
«Bloomberg» agentliyində dərc olunmuş David Glovinin «Əliyevə rüşvət halı rəsmi şəxsin kabinetində müzakirə edilib» adlı yazıda belə deyilir.
XS
SM
MD
LG