Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:40

30 beynəlxalq qurum Oqtay Əsədova məktub göndərib


Spiker Oqtay Əsədov
Spiker Oqtay Əsədov
Beynəlxalq Söz Azadlığı Mübadiləsinin (İFEX) üzvü olan 30 qurum Azərbaycan parlamentinin sədri Oqtay Əsədova QHT-lərə dair qanuna nəzərdə tutulan düzəlişlərlə bağlı təəssüf ifadə edən məktub göndərib.

Müəlliflər qanuna nəzərdə tutulan düzəlişlərlə bağlı dərin narahatlıq keçirdiklərini, bu düzəlişlərin əslində QHT-ləri real ləğv edilmək təhlükəsi önündə qoyduğunu vurğulayırlar.

Müəlliflər rəsmi Bakını çap və yayım mediasının iştirakı ilə təklif edilən düzəlişlərin müzakirəsini təşkil etməyə, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanın və Avropada İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Razılaşmanın prinsiplərini pozan, habelə Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərinə xələl gətirən dəyişiklikləri ləğv etməyə, bütün maraqlı tərəflərin iştirakı ilə şəffaf siyasi qərarlar qəbul etməyə çağırır.

Sənədi aşağıdakı qurumlar imzalayıblar:
Adil Söz - International Foundation for Protection of Freedom of Speech
ARTICLE 19: Global Campaign for Free Expression
Association of Caribbean Media Workers
Association of Independent Electronic Media
Associacao Brasileira de Jornalismo de Investigacao
Bahrain Center for Human Rights
Canadian Journalists for Free Expression
Center for Media Studies & Peace Building
Centre algerien pour la defense et la promotion de la liberte de la presse
Committee to Protect Journalists
Foundation for Press Freedom
Freedom House
Independent Journalism Center
Institute of Mass Information
International Press Institute
Maharat Foundation (Skills Foundation)
Media Foundation for West Africa
Media Institute of Southern Africa
Media, Entertainment and Arts Alliance
Media Rights Agenda
Media Watch
Mizzima News
Pacific Freedom Forum
Palestinian Center for Development and Media Freedoms
Public Association "Journalists"
Southeast Asian Press Alliance
World Association of Newspapers
World Press Freedom Committee
International PEN Writers in Prison Committee. Məlumatı «Turan» yayıb.

Həmçinin oxu:

Altı beynəlxalq təşkilat Yaşar Əliyevə məktub ünvanlayıb
Düzəlişlər vətəndaş cəmiyyətinin boğulmasına yönəlib
XS
SM
MD
LG