Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:34

Çevriliş planı Baş qərargahda hazırlanmayıb


İlker Başbuğ mediaya açıqlamasında «Sənəd saxta çıxarsa, nələrin olacağını görəcəksiniz»- deyib
İlker Başbuğ mediaya açıqlamasında «Sənəd saxta çıxarsa, nələrin olacağını görəcəksiniz»- deyib
Türkiyə hərbi prokurorluğu 10 günlük araşdırmadan sonra 12 iyun tarixində «Tərəf» qəzetində çap edilən və AKP hökumətinə qarşı «çevriliş» hazırlandığını iddia edən sənədin Baş qərargahda hazırlanmadığına qərar verib.

Hərbi prokurorluq sənədin hazırlanması ilə bağlı olaraq Baş qərargahda hər hansı əmrə rast gəlinmədiyini və buna görə də bundan sonra işlə mülki prokurorluğun məşğul ola biləcəyini açıqlayıb. Sənədin əsli ələ keçmədiyinə görə, hərbi prokurorluq sənəddə imzası olduğu iddia edilən polkovnik Dursun Çiçekin istintaqa cəlb edilməsinə ehtiyac olmadığını bildirib.

«Tərəf» qəzeti 12 iyunda polkovnik Dursun Çiçek imzası ilə «AKP hökumətini devirmə və Fətullah Gülən icmasını təsirsizləşdirmə» adı altında Silahlı qüvvələrin Baş qərargahında hazırlandığını iddia etdiyi bir sənəd çap etmişdi. Ölkənin gündəliyini bir anda dəyişdirən bu sənədə müxalifət və Baş qərargah təmkinli yanaşsa da, AKP Ankara prokurorluğuna sənədin araşdırılması ilə bağlı şikayət ərizəsi vermişdi. Baş qərargah rəisi, ordu generalı İlker Başbuğ isə mediaya açıqlamasında «Sənəd saxta çıxarsa, nələrin olacağını görəcəksiniz» - demişdi.
XS
SM
MD
LG