Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:42

«Azərbaycan-Ermənistan danışıqlarına xaricdən müdaxilə olunmamalıdır»


Rusiya Xarici İşlər Nazirliyinin binas;
Rusiya Xarici İşlər Nazirliyinin binas;
Moskva iyunun 25-də Qərbə xəbərdarlıq edib ki, Cənubi Qafqazda geosiyasi müharibələrin həllinin sürətləndirilməsi fonunda Azərbaycanla Ermənistan arasındakı münaqişəyə xaricdən müdaxilə edilməməlidir.

Bu bəyanat sənayecə inkişaf etmiş səkkiz ölkənin İtaliyada beynəlxalq problemləri, o cümlədən də Qarabağ münaqişəsini müzakirə etməsi ərəfəsində səslənib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir:

«Rusiya münaqişənin həlli yollarının zorla tərəflərə sırınmasının əleyhinədir. Biz münaqişəyə cəlb olunan bütün tərəfləri qane edən həll variantını dəstəkləməyə və kompromis razılaşma əldə olunarsa, problemin həllinin təminatçısı olmağa hazırıq».

Nazirliyin məlumatında həmçinin deyilir ki, Qarabağ münaqişənin həllinə dair danışıqlara vasitəçilik edən Rusiya, ABŞ və Fransanın sülh üçün əsas prinsiplərdə ümumi razılaşmaları var.

Xəbəri «Eurasia.net» saytı yayıb.
XS
SM
MD
LG