Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:35

NATO və Rusiya hərbi əməkdaşlığı bərpa etdi


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiyanın yeni təklifinə “yox” deyib.

Rusiya Avropada təhlükəsizlik siyəsini dəyişməyi təklif edirdi.

Təklifə görə, Avropada təhükəsizliyin təmin edilməsi məsələsində bütün ölkələrə bərabər status verilməli və hərbi ittifaqlar ləğv edilməlidir.

“NATO DA, AVROPA BİRLİYİ DƏ, ATƏT DƏ ÇOX YAXŞI İŞLƏYİR”

Amma ATƏT bildirib ki, buna ehtiyac yoxdur və hazırkı təsisatlar fəaliyyətini davam etdirməli, onların işi gücləndirilməlidir. .

Avropa ölkələrinin xarici siyasət rəhbərləri bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Yunanıstanda görüşəndən sonra veriblər. Görüş ATƏT toplantısının keçirildiyi yerdə baş tutub.

Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb (onun ölkəsi hazırda ATƏT-ə rəhbərlik edir) deyib ki, NATO da, Avropa Birliyi də, ATƏT də çox yaxşı fəaliyyət göstərirlər.

Bu mövqeyi Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Xavyer Solana da dəstəkləyib.

MOSKVA GÜRCÜSTAN MƏSƏLƏSİNDƏ BİR ADDIM DA GERİ ÇƏKİLMİR

Lavrov Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan qərarın ləğvini mümkünsüz sayır.

NATO və Moskva arasında belə yüksək səviyyəli görüş keçən ilin avqustunda Rusiyanın Gürcüstanın separatçı Cənubi Osetiya regionauna hücum etməsindən sonra ilk dəfədir keçirilir.

NATO hücuma etiraz olaraq Rusiya ilə hərbi əlaqələri dondurmuşdu.

Yunanıstan görüşü zamanı NATO və Moskva hərbi əlaqələri bərpa etmək haqda da razılığa gəliblər.

Amma NATO-nun baş katibi Yap de Hoop Sxeffer deyir ki, razılığa baxmayaraq tərəflər arasında Gürcüstan məsələsində fundamental fikir ayrılıqları qalır.

Yunanıstan görüşü zamanı ATƏT-in Gürcüstandakı missiyasının mandatının uzadılması ilə bağlı razılıq əldə edilməyib.

Moskva missiyanın bu ilin dekabrında başa çatan mandatını təzələməkdən imtina edir.

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarından da imtina etmək fikrində deyil. Lavrov görüşdən sonra deyib ki, bu qərarın ləğvi mümkün deyil.

OBAMANIN SƏFƏRİ ƏRƏFƏSİNDƏ...

Rusiya ilə NATO arasında barışıq istiqamətində addımlar Amerikada Barak Obamanın hakimiyyətə gəlməsindən sonra atılmağa başladı.

Bu ilin əvvəlində NATO-Rusiya Şurasının toplantısında alyansın səfirləri Rusiya təmsilçisi ilə görüşdülər. Şura tərəflər arasında əlaqələrin sıxlaşması üçün 2002-ci ildə yaradılıb.

Görüşdən sonra hərbi əlaqələr bərpa olunmamış qalsa da, Rusiya bəzi NATO ölkələri, məsələn, Amerika, Fransa və Almaniya ilə ikitərəfli əməkdaşlığı davam etdirirdi.

NATO-Gürcüstan hərbi təlimləri. 25 may 2009 Rusiya təlimlərdən hiddətini gizlətməmişdi

Rusiya öz dəmir yolları ilə beynəlxalq qüvvələrin Əfqanıstana yük daşımasına şərait yaradırdı.

Bundan başqa bir sıra Avropa ölkələrinin gəmiləri Rusiya donanması ilə birgə dəniz quldurlarına qarşı mübarizə çərçivəsində Somali sahillərində birgə keşik çəkirdi.

Bir müddət qabaq qolu sındığı üçün müalicəsini davam etdirən Amerikanın dövlət katibi Hillari Klinton Yunanıstandakı görüşdə iştirak etməyib, onu müavini Cim Steynberq əvəz edib.

Yunanıstandakı görüş Amerika prezidenti Barak Obamanın Moskvaya səfərindən iki həftə əvvəl baş tutub.

Obamanın Rusiya rəhbərliyi ilə görüşündə hərbi əlaqələri tam bərpa etmək haqda razılıq əldə ediləcəyi gözlənilir.

XS
SM
MD
LG