Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Azərbaycanın cənub rayonlarında un bahalaşıb


50 kiloqramlıq unun bir kisəsi 10-11 manata idisə indi 15 manat 40 qəpiyə qalxıb
50 kiloqramlıq unun bir kisəsi 10-11 manata idisə indi 15 manat 40 qəpiyə qalxıb
Lənkəran və Astaranın bazarlarında 50 kiloqramlıq unun bir kisəsinin qiyməti orta hesabla 4-5 manat artıb. İş adamı Faiq Cəfərovun sözlərinə görə, 45 kiloqramlıq unun bir kisəsi 9 manata idisə indi 14 manata, 50 kiloqramlıq unun bir kisəsi 10-11 manata idisə indi 15 manat 40 qəpiyə qalxıb.

Buğda və arpanın qiyməti isə aşağı düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda və arpa 12-15 qəpik ucuzlaşıb. İş adamının sözlərinə görə, unun bahalaşması davam edir. Demək olar ki, hər gün qiymətlər dəyişir.

Çörək sexinin sahibi Rafiq Dadaşoğlu isə deyir ki, un bahalaşsa da, çörək bahalaşmayıb. O, bu bahalaşmanı müvəqqəti hesab edir. Çünki ilin bu vaxtında unun qiyməti adətən bir neçə dəfə dəyişir. Qiymətlərin dəyişməsi dəyirmanların taxıl tədarük etdikləri günlərə təsadüf edir.

Lənkəran iqtisadi rayonuna daxil olan Cəlilabad və Masallı ölkədə ən çox taxıl əkilən rayonlar hesab edilir. Mütəxəssislər bu il Cəlilabadda 160 min ton taxıl yığılacağını deyirlər.

Taxıl zəmilərində yanğınların tez-tez baş verməsi də narahatlıq doğurur. Cəlilabad və Masallıda 300 hektara yaxın taxıl sahəsi yanıb.

Həmçinin bax
Fermerlər taxıl sahələrini biçməkdən imtina edirlər
Çörəyi torpaqdan çıxanların arzusu
Yağışlar təkcə taxılçılığa xeyir verib
XS
SM
MD
LG