Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Əhaliyə satılan təbii qazın qiyməti iki dəfə qaldırıldı


1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib
1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib
Azərbaycanda təbii qazın qiyməti qaldırıldı. Bu haqda Tarif (qiymət) Şurasının iyunun 30-da keçirilən iclasında qərar qəbul edilib.

İclasda «Azəriqaz» QSC-nin əhali istehlakçı qrupuna satılan qazın qiymətinə yenidən baxılmasına dair müraciəti müzakirə olunub və təbii qazın istehlakında israfçılığın qarşısının alınması, əhalinin təbii qazla keyfiyyətli və etibarlı təminatının daha da yaxşılaşdırılması məqsədi ilə, eləcə də mövcud qiymətin çəkilən xərcləri ödəməməsi nəzərə alınaraq hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib.

Şuranın digər qərarı ilə isə provayderlər' dövlətin satdığı internetin qiymətləri aşağı salınıb.
XS
SM
MD
LG