Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:45

ATƏT sədri Qarabağ danışıqlarından razı qaldığını deyir


ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni
ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni
«Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində əldə olunan irəliləyişlərdən, eləcə də konstruktiv müzakirələrdən məmnun qaldım».

Bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi birgə brifinqdə deyib. O, təhlükəsiz, dayanıqlı və güclü Avropanın hamının marağında olduğunu, Azərbaycanı da bu təhlükəsizlik məsələlərində aparıcı rol oynayan ölkələrdən biri kimi qiymətləndirdiyini bildirib.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov isə deyib ki, Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən daha irəlidədir. Nazir bildirib ki, Azərbaycan qazının artıq bir hissəsi Yunanıstan bazarındadır: «Biz razılaşmışıq ki, Yunanıstana çatdırılan Azərbaycan qazının həcmini bir az da artıraq».

E. Məmmədyarov deyib ki, Türkiyə-Yunanıstan-İtaliya boru kəməri Azərbaycan qazının beynəlxalq bazarlarına çıxarılmasında diversifikasiyanın yaradılmasında əsas imkanlardan biridir: «Bu layihə ilə bağlı danışıqlar davam edir. Bizim fikrimizcə, bu layihənin həyata keçirilməsi Azərbaycan qazı ilə bağlı digər layihələrdən fərqli daha irəlidədir».

ATƏT sədri D. Bakoyanni də bildirib ki, bu layihə Yunanıstan üçün mühüm əhəmiyyət kəsb edir.

Xanım Bakoyanni Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 1-də vətəndaş cəmiyyətinin nümayəndələri və partiya sədrləri ilə də görüşüb.
XS
SM
MD
LG