Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:02

Emin Milli və Adnan Hacızadə 37-ci bölmədə saxlanılır


Döyülən gənclər 48 saatlığa həbs olundu
Döyülən gənclər 48 saatlığa həbs olundu
Emin Milli və Adnan Hacızadə hazırda Xətai rayon Polis İdarəsinin 37 saylı bölməsinin təcridxanasında saxlanılırlar. Bu barədə «Azadlıq» radiosuna vəkil İsaxan Aşurov məlumat verib. Ancaq vəkil gənclərlə hələ ki, görüşə bilməyib:

«Müstəntiq yerində olmadığından mən onlarla görüşə bilməmişəm. Hər ikisinin hüquqları pozulub. Mən indi məhkəməyə şikayət hazırlayıram».

Saxlanan gənclərdən Adnan Hacızadənin atası Hikmət Hacızadə isə baş vermiş hadisənin qurama olduğunu düşünür:

«Bununla vətəndaş cəmiyyətinin fəalların susdurmaq istəyirlər. Uşaqları döyüblər, uşaqlar könüllü polisə gedib, onların özlərini tutublar».

Həmçinin bax

Döyülən gənclər 48 saatlığa həbs olundu
XS
SM
MD
LG