Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

ATƏT gənclərin həbsindən narahatdır


Aleksis Şahtaxtinski
Aleksis Şahtaxtinski
«Gənc fəalların polis tərəfindən saxlanılması məsələsini izləyirik. ATƏT bundan narahatdır. Ümid edirik ki, məsələyə aydınlıq gətiriləcək. Hadisədən xəbər tutan kimi Azərbaycandakı tərəfdaş QHT-dən xahiş etdik ki, Emin Milli və Adnan Hacızadəyə baş çəksinlər».

İyulun 10-da ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Aleksis Şahtaxtinski «Azadlıq» radiosunun «İşdən sonra» proqramına müsahibəsində belə deyib.

ATƏT rəsmisi deyir ki, gənc fəalların saxlanma səbəbləri hələ ona məlum deyil. Diplomat gənclərin tibbi yardım təmin ediləcəyinə ümid edir:

«Biz həmçinin ümid edirik ki, hüquq-mühafizə orqanları açıq-aydın araşdırma aparacaqlar. Məsələ ilə bağlı ATƏT sədrinin media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə də əlaqə saxlamışıq. O, insidenti yaxından izləyir. Biz bu iki gənc fəalı həm də İnternet fəalı kimi nəzərdən keçiririk. Bilirsiniz ki, ATƏT üçün mətbuat azadlığı əsas dəyərlərdən biridir. 21-ci əsrdə media azadlığı həm də İnternet azadlığı deməkdir. İnternet jurnalistlərinin başına gələnlər açıq-aydın şəkildə araşdırılmalıdır».

Gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə iyulun 8-də paytaxtın «Livan» restoranında idmançı görkəmli şəxslərin hücumuna məruz qalıb. Polis onları 48 saat müddətinə saxlamışdı.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən şəxslər 1983-cü il təvəllüdlü, Füzuli rayonundan olan Babək Hüseynov və 1984-cü il təvəllüdlü, Ağdam rayonundan olan Vüsal Məmmədovdur.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz

Buna da bax:

XS
SM
MD
LG