Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:39

Çinə meydan oxuyan qadın


Çində uyğurların ayağa qalxmasında Rabiyə Qədirin əli olduğu iddia edilir
Çində uyğurların ayağa qalxmasında Rabiyə Qədirin əli olduğu iddia edilir
Çin hökuməti uyğurların yaşadığı Sinzian əyalətində məscidlərin cümə ibadəti üçün bağlanması tapşırığı verib. Verilən məlumata görə məsciddə ibadət dayandırılıb. Çin hökuməti isə əyalətdə iğtişaş törətməkdə əli olanlara qarşı sərt cəza tədbirləri görüləcəyini deyib.

İyulun 5-i əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian rayonunda baş verən toqquşmalarda 156 nəfər ölüb. 1000-ə yaxın adam isə yaralanıb. Qarışıqlıq yaratmaqda şübhəli bilinən 1500 nəfər həbs olunub.

KİMDİR RABİYƏ QƏDİR?

Çin rəsmilərinin verdiyi məlumata görə hadisələri uyğur ekstremistləri törədiblər. Çində uyğurların ayağa qalxmasında Rabiyə Qədirin əli olduğu iddia edilir. Kimdir bu Rəbiyə Qədir və nə istəyir?

Hazırda ABŞ-da yaşayan Rabiyə Qədir Çinin ən zəngin qadınlarından biridir və o uyğurların azad olmasını istəyir. Onu uyğurların anası kimi tanıyırlar. Rabiyə Qədir «Çin bizim vətənimiz deyil, o, biz zorla işğal edib. Bizi zorla çin dilində danışmağa məcbur edirlər və uyğurları yox edirlər» deyə car çəkir.

Rabiyə Qədirin siyasi məhbus olan həyat yoldaşı 1996-cı il Amerikaya qaçanda Çin hökuməti ona daha çox diqqət mərkəzinə aldı. Amma o vaxt onun millət vəkili olduğu üçün toxunulmazlığı vardı. Həm də Çin üçün o qədər də təhlükəli deyildi.

1999-cu ildə ildə onun millət vəkili statusunu əlindən alıb 8 il həbs cəzası kəsdi. Onu günahı ABŞ-da yaşayan ərinə qəzetlərdən kəsilmiş məqalələr göndərmək idi. O, dövlət sirrini əcnəbilərə açmaq, ölkə suverenliyinə təhlükə yaratmaq və dövlətə qarşı fəaliyyət göstərmə ittihamı il 6 il həbsdə yatıb.

O hələ həbsdə olarkən insan haqları uğrunda mübarizəyə görə bir çox mükafatlara layiq görülüb. Amerikanın və dünya ictimaiyyətinin təzyiqi ilə 2005-ci ildə azadlığa buraxılan Rabiyə Qədir 2006-cı ildə Nobel Sülh mükafatı aldı. Hələ həbsdə olarkən isə İnsan haqları mükafatı almışdı.
Həbsdən çıxdıqdan sonra isə dünya ictimaiyyətinin təzyiqi ilə pasport aldı və Çini tərk etdi. Həmin vaxtdan bu yana da Dünya Uyğur Birliyi adlı konfranslar keçirir. Onu dünyanın ən zəngin adamlarından olan Bill Geytisn yaxın dostu kimi tanıyırlar.

«DİLİMİZ, TARİXİMİZ, MƏDƏNİYYƏTİMİZ VƏ HƏYAT TƏRZİMİZ DƏYİŞDİRİLİR»

Keçirdiyi konfranslarda o deyir ki, Çinlilər Qaşqarın beş min illik tarixini təhrif edirlər. «Dilimiz, tariximiz, mədəniyyətimiz və həyat tərzimiz dəyişdirilir. Qızlarımız oxumaq və işləmək üçün zola başqa bölgələrə göndərirlər. Uyğur uşaqları çin dilində oxutdururlar. Onların valideynləri şikayət edəndə ayrı-seçkilikdə ittiham olunurlar».

1994-cü ildə o, Forbes jurnalında Çinin ən zəngin 7-ci adamı kimi göstərilir. Böyük mağazaları olan Rabiyə Qədir həm də müsəlman qadınların iş tapması üçün fəaliyyət göstərən xeyriyyə dərnəyinin yaradıcısıdır.

Bütün həyatı boyu uğurların səsini dünyaya çatdıran bu qadın 11 uşaq anasıdır. Hələ Sinzian əyalətinə o, bir fransız qəzetinə müsahibə verərkən «Mən super bir qadın deyiləm, mən bir ailənin anasıyam. Hamımızın içində güc var. Mən sadə xalqıma kömək eləmək istəyirəm. Gücüm çatan bəzi şeyləri dəyişdirmək istəyirəm» demişdi.

Çinin dünyada bir həbsxana olduğunu deyən uyğur qadın uyğurlara edilən zülmün dünyaya çıxarılmadığını iddia edir. «Təəssüf ki, dünya çinlilərin uyğurlara etdiyi zülmə laqeyd qalır və Türkiyə başda olmaqla bir çox ölkələrdən gözlədiyimiz dəstəyi görmürük».

Türkiyə mətbuatının məlumatına görə isə 2006-2007-ci illərdə viza almaq üçün müraciətləri rədd edilən Rabiyə Qədir bir də viza üçün müraciət edəcəyini deyib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rabiya Qədirin Türkiyədən viza istəməsi ilə bağlı deyib ki, o, viza ilə bağlı müraciət edərsə, xahişi yerinə yetiriləcək.

Əsasən müsəlman uyğurların məskunlaşdığı Sinzian regionunda gərginlik uzun müddət idi ki, mövcud idi. İyulun 5-i nümayişçilər yoldan ötənlərə hücum edib və maşınları yandırıblar.

Verilən məlumata görə, minlərlə etnik uyğur dəyənək və daşla silahlanaraq polislə toqquşub. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Müşahidəçilər bunun səbəbinin Çin hökumətinin həmin regionda yaşayan müsəlman uyğurların hüquqlarını pozması olduğunu deyirlər. İyulun 6-ı Sinzianın ikinci böyük şəhəri Qaşqarda da qarşıdurma olub.
Hazırda Sinzianın paytaxtı olan Urumçidə küçələri hərbi polis qüvvələri qoruyur. Şəhərdə mobil telefon şəbəkəsi və sosial internet şəbəkəsi olan Twitter-ə giriş bloklaşdırılıb.
XS
SM
MD
LG