Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:55

«Nabucco»nun tikintisi ilə bağlı saziş imzalandı


Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Jose Manuel Barosso və Gürcüstan prezidenti Mixael Saakaşvili. «Nabucco» sammitində, Ankara, 13 iyul 2009
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının prezidenti Jose Manuel Barosso və Gürcüstan prezidenti Mixael Saakaşvili. «Nabucco» sammitində, Ankara, 13 iyul 2009
İyulun 13-də Ankarada «Nabucco» qaz kəmərinin tikintisi ilə bağlı dövlətlərarası saziş imzalandı. Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriya 7 il ərzində bu layihə üzərində işləyiblər. Bu layihədə potensial təchizatçı kimi İran, İraq, Qazaxıstan, Türkmənistan və Misir də nəzərdə tutulub.

Qaz kəmərinin işləməsi üçün lazım olan minimal hədd - ildə 15 milyon kubmetr.

Kəmərin tikintisinin 2014-cü ildə başa çatacağı gözlənilir.

«Nabucco» kəmərinin Xəzər və Yaxın Şərqdən qaz almaqla Avropanın Rusiyadan asılılığını azaldacağı hesab olunur. Bu ilin əvvəli Rusiya və Ukrayna arasında təbii qazla bağlı mübahisə yarandıqdan sonra bu layihəyə diqqət daha da artıb.

Türkiyə, Avstriya, Bolqarıstan, Rumıniya və Macarıstan baş nazirlərinin neft kəmərinin onların ərazisindən keçməsinə icazə ilə bağlı hökumətlərarası sənədi imzalayıblar. Neft kəməri alman firması da daxil olmaqla özəl konsorsium tərəfindən tikiləcək.
XS
SM
MD
LG