Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:41

Azərbaycanda «donuz qripi» tapıldı


Xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir
Xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir
Azərbaycanda «donuz qripi»nə yoluxmuş iki nəfər aşkarlandı. Onlardan biri bu xəstəliyə Fransada, digəri Britaniyada yoluxub. Məlumatı «Azadlıq» radiosuna Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli verib:

«Xəstələr xaricdən gələndən sonra özlərini pis hiss ediblər. Tibb müəssisəsinə birinci Fransada olan vətəndaşımız müraciət edib və onda H1N1 virusu aşkarlanıb. Britaniyada olan vətəndaşımız isə elə aeroportda özünü pis hiss edib».

Anar Qədirli deyir ki, hər iki xəstənin vəziyyəti kafidir: «Birinci gün onların hərarətləri yüksək olsa da, indi artıq hərarət yoxdur. Amma hər ehtimala qarşı həkim nəzarətindədirlər».

Səhiyyə Nazirliyinin sözçüsü deyir ki, hər iki xəstənin uçduğu təyyarədə və ümumiyyətlə, xəstənin təmasda olduğu bütün şəxslər nəzarətdədirlər.

Anar Qədirli ölkənin «donuz qripi»ylə mübarizəyə çoxdan hazır olduğunu, Səhiyyə Nazirliyinin gücləndirilmiş iş rejimində işlədiyini deyir:

«Davamlı monitorinqlər aparılır. İstər sərhəddə, istər şübhəli şəxslər arasında. Xəstəliklə mübarizə üçün milli strategiyamız var. Ona görə də xəstələr belə tez hamanda, bir gündə aşkarlandılar».
XS
SM
MD
LG