Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:21

Valideynlər məhkəməyə müraciət etməyə hazırlaşırlar


Natella Abdullayeva
Natella Abdullayeva
Emin Milli (Abdullayev) və Adnan Hacızadənin valideynlərinə hələ də övladları ilə görüşməyə icazə verilmir.

Emin Millinin anası Natella Abdullayeva deyir ki, hətta rəsmi müraciətdən sonra da oğlu ilə görüşə bilməyib:

«Əvvəlcə şifahi şəkildə görüş üçün müraciət etdim. Rəis dedi ki, siz gərək yazılı şəkildə müraciət edəsiniz. Yazılı şəkildə də müraciət etdim, hələ bugünəcən bir kəlmə də cavab yoxdur».

Vəkil Elton Quliyev deyir ki, övladları həbsdə olan valideynlərə görüş verilməməsinin səbəbi məlum deyil. Valideynlər bu məsələ ilə bağlı yaxın günlərdə məhkəməyə müraciət edəcəklər:

«Avropa penitensiar qaydalarında təqsirsizlik prezumsiyası prinsipinin özü onu müəyənləşdirir ki, yalnız ictimai maraqlar və milli təhlükəsizlik nöqteyi–nəzərdən görüşü qadağan etmək mümkündür. Bu, müstəsna hallardır. Emin Milli və Adnan Hacızadə ilə bağlı işdə belə müstəsna hal yoxdur ki, qadağa qoyulsun».
XS
SM
MD
LG