Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Bakı səmasında «Adnan və Eminə azadlıq!» şüarı


Bloqçuların həbsinə şarlı etiraz
Bloqçuların həbsinə şarlı etiraz
Avqustun 20-i axşamçağı Bakının mərkəzi meydanlarından birində gəzişənlər maraqlı bir etiraz aksiyasının şahidi olublar.

Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının fəalları yüzə yaxın şara bərkidilmiş «Adnan və Eminə azadlıq!» şüarı ilə İstiqlaliyyət küçəsi ilə yürüş edib və Nizami heykəlinin yanında şarları havaya buraxıblar.

Hərəkat fəalı Pərvanə Persianinin AzadlıqRadiosuna dediyinə görə, polis müdaxiləsinə baxmayaraq, aksiya baş tutub:

«Polis bizim arxamızca qaçırdı, şüarları əlimizdən alıb cırmaq istəyəndə, biz şarları havaya buraxdıq, şüarlar da göyə qalxdı».

P.Persianinin sözlərinə görə, aksiya iyulun 8-də həbs olunmuş bloqçuların azad olunması tələbi ilə keçirilib.

Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı Emin Milli və Adnan Hacızadənin həbsindən sonra, gənc fəalları müdafiə məqsədilə yaradılıb.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar.

Səbail Rayon Məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.

Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən pislənilib.

«Biz şarları havaya buraxdıq, şüarlar da göyə qalxdı»
















Aksiya bloqçuların azad olunması tələbi ilə keçirilib
















Polis müdaxiləsinə baxmayaraq, aksiya baş tutub











XS
SM
MD
LG