Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:42

Xankəndinin doğum evində növbə yaranıb


Kütləvi toyu Şuşada keçirmişdilər. 16 oktyabr 2008
Kütləvi toyu Şuşada keçirmişdilər. 16 oktyabr 2008
Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsində kütləvi toy mərasimindən 9 ay sonra yerli doğum evlərində növbələr yaranıb.

Keçən ilin oktyabrında Rusiyada yaşayan erməni əsilli biznesmen Levon Hayrapetyanın sponsorluğu ilə Dağlıq Qarabağda 678 cütlüyün kütləvi toy mərasimi olmuşdu. Hayrapetyan toy xərcini ödəmiş və hər yeni ailəyə 2500 dollar yardım etmişdi.

Separatçı Dağlıq Qarabağ rejimi bölgənin azalan əhalisinin qarşısını almaq üçün belə həvəsləndirici addımlar atır.

Kütləvi toyun nəticəsini Xankəndinin doğum evində görmək olar. Doğum evinə o qədər ana olmağa hazırlaşan qadın yerləşdirilib ki, həkimlər əlavə çarpayılar gətirməyə məcbur olublar.

“Günə 14-15 doğuş gözləyirik” – bunu doğum evinin direktoru Qohar Hakobyan deyir. – “Keçən ay 192 qadın ana oldu. Çətinliklərimiz var. Hamilə qadınlar gözləmə siyahılarından şikayət edirlər. Biz işimizin öhdəsindən gəlmək üçün böyük gərginlik yaşayırıq”.

Separatçı rejimin nümayəndələri deyir ki, bu ilin 6 ayı əzində Dağlıq Qarabağda doğulan uşaqların sayı 16 faiz artıb.

Rejim yeni qurulan ailələrin hər birinə təxminən 800 dollar məbləğində birdəfəlik yardım edir. Bundan başqa həm birinci, həm də ikinci uşağa görə valideynlərə 270 dollar verilir. Üçüncü uşağı olanlar isə 1300 dollar alır.
XS
SM
MD
LG