Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:43

Yaşar "AYRILIQ" (Hekayə)


Anay­la oğul yo­la er­tə­dən çıx­mış­dı, in­di ayaq­la­rı­nı güc­lə çə­kir­di­lər, iki­si də hey­dən düş­müş­dü, çün­ki ba­yaq­dan kəl­mə də kəs­mə­miş­di­lər, yo­lun yor­ğun­lu­ğu­nu hə­rə tək­lik­də da­şı­yır­dı.

Ana axır gü­cüy­lə ol­sa da ad­dım­la­rı­nı ye­yin­lət­mək is­tə­yir­di, qaş qa­ra­la­na­can mən­zil ba­şı­na çat­maq la­zı­mı­dı ki, oğul ge­ri qa­yı­dan­da ge­cə­yə dü­şüb qurd-qu­şa yem ol­ma­sın. Oğul da da­rı­xır­dı, is­tə­yir­di, tez-tə­lə­sik ana­sın­dan, axır vaxt­lar onun gü­nü­nü qa­ra elə­yən bu ar­vad­dan ca­nı­nı bir­yol­luq qur­tar­sın. Tay-tuş qa­ba­ğı­na çıx­ma­ğa da üzü yo­xu­du, ha­mı­nın ya­nın­da gö­zü köl­gə­liy­di. Ni­yə axı, bu qə­dər adam­dan bir­cə onun ana­sı er­mə­niy­di? Gö­rən, Al­lah han­sı gü­na­hı­na gö­rə ona bu cə­za­nı ver­miş­di?

Yox, bü­tün bu zül­mü ona çək­di­rən Al­lah de­yil­di, sə­hər­dən-ax­şa­ma­can yu­xu­lu mil­çək ki­mi gö­zü­nün qa­ba­ğın­da fır­la­nan o can­sız bə­də­niy­di, ata­sıy­dı. O vaxt əgər kən­din bü­tün oğ­lan­la­rı ki­mi ədəb-ər­kan­la el­çi ge­dib qo­hum-qon­şu­dan bi­ri­nin ha­lal sü­dəm­mi­şi­ni is­tə­səy­di, şor­göz­lü­yü­nün uc­ba­tın­dan bu er­mə­ni qı­zı­na tuş gəl­mə­səy­di in­di o da bu əza­bı çək­məz­di.


Ba­yaq­dan özü­nü tox tu­tan ana­sı­nın üzün­də qəf­lə­tən bir ağ­rı gör­dü. O ar­vad elə bil aya­ğıy­la yox, si­fə­tiy­lə ye­ri­yir­di ki, ax­sa­ma­ğı bi­lin­mə­sin.

Ke­çən yay qon­şu ar­va­dın oğ­lu­nun me­yi­ti­ni da­va­dan gə­ti­rən­də dər­di­ni ovut­maq­dan öt­rü əli nə­yə­sə çat­ma­yan­da bir­baş on­la­rın hə­yə­ti­nə cum­du, əli­nə ke­çən də­mir­lə onun ana­sı­nın aya­ğı­nı qır­dı. Am­ma o boy­da ağ­rı­nın için­də ana­sı cın­qı­rı­nı da çı­xar­ma­dı. Bir də ki, nə fay­da­sı, on­suz da ki­şi­sin­dən, oğ­lun­dan qah­mar du­ra­nı ol­ma­ya­caq­dı. Ba­la­ca qı­zıy­la evin bir kün­cü­nə çə­ki­lib düz bir həf­tə adam üzü­nə çıx­ma­dı. Elə in­di də ya­ra­lı aya­ğı ağ­rı­dıq­ca ana ev­də xəs­tə qo­yub çıx­dı­ğı qı­zı­nı fi­kir­lə­şir­di.


Uşaq ne­çə gü­nüy­dü qız­dır­ma­nın için­də ya­nır­dı. O gün hə­kim gə­lib yo­lu­xan­dan son­ra, - so­yuq­dəy­mə­si-za­dı yox­du,- de­di, - bərk qor­xu ke­çi­rib. Ge­dən­də də ana­ya tap­şır­dı ki, na­ba­də o uşa­ğın ya­nın­da sə­si­ni­zi qal­dı­ra­sız.


Ba­yaq­dan lal-din­məz oğ­lu­nun qa­ba­ğı­na dü­şən ana dil­lən­mək is­tə­di, bir­cə kəl­mə,- ba­lam­dan mu­ğa­yat olun, - de­yə­cək­di, am­ma zor­la da ol­sa sə­si­ni bo­ğub ya­ra­lı aya­ğı­na güc ver­di.


O qız qar­da­şı­nın da ya­dı­na düş­müş­dü. Na­haq be­lə tə­ləs­di, gə­rək ba­cı­sı­nın sa­ğal­ma­ğı­nı göz­lə­yəy­di. Yə­qin in­di uşaq yu­xu­dan oya­nıb qız­dır­ma­nın için­də ya­na-ya­na ye­nə sa­yıq­la­yır, ana­sı­nı ça­ğı­rır...


Cə­hən­nə­mə sa­yıq­la­sın, is­tə­yir lap öl­sün! Bü­tün bu dərd-azar bu evə elə o uşaq­la gəl­mə­di­mi? Ne­cə ağır aya­ğı var­dı­sa, do­ğul­ma­ğıy­la alə­mi bir-bi­ri­nə qat­dı. Bu vax­ta­can ana­sı­nın er­mə­ni­li­yi­ni üzü­nə vu­ran ki­miy­di? Hə­lə de­sən, kən­din ar­vad­la­rı onun ana­sı­nı bir-bi­ri­nə mə­səl çə­kər­di­lər. Çün­ki bu kən­din ya­sın­da o ar­vad­dan bərk ağ­la­ya­nı, to­yun­da çox oy­na­ya­nı ol­maz­dı.


- Ye­yin ye­ri, it qı­zı!

Bu söz di­lin­dən nə tə­hər çıx­dı­sa, özü­nün də xə­bə­ri ol­ma­dı. Əs­lin­də, ana­sın­dan aya­ğı­nın ağ­rı­yıb-ağ­rı­ma­dı­ğı­nı so­ruş­maq is­tə­yir­di. Ana zor­la da ol­sa ya­ra­lı ad­dım­la­rı­nı ye­yin­lət­di.


İla­hi, in­di onu qa­ba­ğı­na qa­tıb-apa­ran bu ilk­be­şi­yi son­be­şik ba­cı­sı­nı ne­cə is­tə­yir­di? Ana bu sü­tül sev­gi­ni bu il­lər uzu­nu hiss elə­miş­di. O qız­cı­ğaz gə­lə­nə­cən oğ­lu elə yo­vuş­maz, fa­ğır bir uşa­ğı­dı ki, elə bil ya­rım­çıq do­ğul­muş­du. Ba­cı­sı gə­lən­dən son­ra bü­töv­ləş­di, dir­çəl­di. Elə bil o qız o oğ­la­nın ca­nın­da ça­tış­ma­yan nə­sə bir yer idi, gəl­di, üs­tü­nü ört­dü. Ana özün­də nə­sə bir tox­taq­lıq hiss elə­di. Yox, bu iki ba­la­sı­nın da­ha ona eh­ti­ya­cı yo­xu­du, bir-bir­lə­rin­dən mu­ğa­yat ola-ola can­la­rı­nı öl­mə­yə qoy­ma­ya­caq­dı­lar.


Ki­şi­si də on­suz bir­tə­hər öm­rü­nü yo­la ve­rə­cək­di. Am­ma əs­lin­də, ar­va­dı­nın ya­nın­da olub-ol­ma­ma­ğı­nın o ki­şi­dən öt­rü elə bir fər­qi də yo­xu­du. Tək­cə ar­va­dı­nın­mı? Əgər Al­lah o ki­şi­yə on öv­lad ver­səy­di, yed­di­si də qəf­lə­tən yo­xa çıx­say­dı, o ki­şi bu­nun sə­bə­biy­lə da ma­raq­lan­ma­ya­caq­dı. İyir­mi il bir da­mın al­tın­da ya­şa­sa­lar da, on­dan bir kə­rə də nə­sə so­ruş­ma­mış­dı.

Tək­cə o sif­tə vaxt­lar­da ya­ta­ğa gi­rən­də hər­dən-hər­dən bir­cə kəl­mə "baş­la­yaq­mı" de­yər­di, am­ma on­da da ca­vab göz­lə­məz­di. İn­di o ar­vad yə­qin bi­lir­di ki, oğ­lu onu ötü­rüb ge­ri qa­yı­dan­da da o ki­şi on­dan ana­sı­nın ha­ra yox ol­du­ğu­nu xə­bər al­ma­ya­caq. İn­di nə­di, əgər sağ qal­sa üç il, beş il, on il son­ra da ar­va­dı­nın bir­dən-bi­rə qey­bə çə­kil­mə­si­nin sə­bə­bi­ni öy­rən­mə­yə­cək­di. De­yə­sən, o ki­şi­nin heç onu özü­nə ne­cə ar­vad elə­mə­yin­dən də xə­bə­ri ol­ma­mış­dı. Bir gün ba­xıb-gör­müş­dü ki, bəs özün­dən sa­va­yı da ya­nın­da kim­sə var.

Sa­bah da ba­xıb-gö­rə­cək ki, ya­nın­da­kı yer ye­nə boş­du, vəs­sa­lam. Əgər qə­fil ayı­lıb bü­tün dün­ya­nın bir­cə özün­dən iba­rət ol­du­ğu­nu bil­səy­di be­lə ye­nə o ki­şi­də nə­sə də­yiş­mə­yə­cək­di. Elə bil içi­nin bü­tün lam­pa­la­rı sön­müş qu­ru bə­dən idi, nə­yi­sə gör­mək, ya eşit­mək üçün gö­zün­də, qu­la­ğın­da işıq de­yi­lən şey­dən əsər-əla­mət yo­xu­du. Bu­nu o ar­vad bir yas­tı­ğa baş qoy­duq­la­rı elə hə­min o bi­rin­ci ge­cə­də ba­şa düş­müş­dü.

- Atan­dan mu­ğa­yat ol.


Ata nə­di, ata ya­da dü­şür?

Doğ­ru­dan da bu yol ya­man uzan­dı. Sə­hər tez­dən ana­sı­nı qa­ba­ğı­na qa­tıb ev­dən çı­xan­da elə bi­lir­di ki, qaş qa­ra­la­na­can qa­yı­dıb-gə­lə­cək. Gö­rü­nür, he­sa­bın­da çaş­mış­dı. Gün çox­dan bat­mış­dı, am­ma ana­sı­nın kən­di gör­sən­mək is­tə­mir­di. Qəf­lə­tən oğu­lun özü­nü də bir va­hi­mə bü­rü­dü. Doğ­ru­dan da ge­cə­nin bu na­bə­ləd ça­ğın­da ge­ri tək ne­cə qa­yı­da­caq­dı?


Yox, əs­lin­də, bu yol be­lə uzan­ma­ma­lıy­dı. Bu yo­la ov­cu­nun içi ki­mi bə­lə­diy­di. Bir vaxt­lar ba­ba­sı­nı yo­lux­maq üçün ana-ba­la bu yo­lu çox get­miş­di­lər. Hər də­fə də mən­zil ba­şı­na gün işı­ğın­da ça­tar­dı­lar, ha­va bir xey­li hal-əh­val tu­tan­dan, süf­rə ye­yi­lib-yı­ğı­lan­dan son­ra qa­ra­lar­dı. Bəs on­da, in­di bu yo­lu dar­tıb-uza­dan nəy­di?

- Ye­yin ye­ri, it qı­zı!


Am­ma bu də­fə oğu­lun sə­si ba­yaq­kı ki­mi güm­rah çıx­ma­dı, elə bil sə­si­nə­cən yo­ru­lub-hey­dən düş­müş­dü.

Bəl­kə hə­lə gec de­yil, nə ol­sun, bu qə­dər yol gə­lib­lər, bəl­kə hər şe­yi tə­zə­dən qay­ta­rıb ye­ri­nə qoy­maq olar? Nə­sə qəf­lə­tən oğu­lun ürə­yin­dən keç­di ki, elə bur­da­ca da­yan­sın, əv­vəl­ki ki­mi ana-ba­la bu yo­lu get­dik­lə­ri tək bir yer­də də qa­yıt­sın­lar. Ürə­yin­dən ke­çən az qa­la di­li­nə də gə­lə­cək­di, "ana, gəl qa­yı­daq" de­yə­cək­di, am­ma dü­nən ge­cə o ar­va­dın ağ­zın­dan çı­xan, onu höv­sə­lə­dən çı­xa­rıb bu uzun yo­la çı­xa­ran hə­min söz ya­dı­na düş­dü.


"Ni­yə o ya­zıq­la­rı öz evin­də ra­hat ya­şa­ma­ğa qoy­mur­suz?"

Bu söz­dən son­ra oğul cın­qı­rı­nı da çı­xar­ma­dı, am­ma bü­tün ge­cə­ni gö­zü­nə yu­xu get­mə­di, ye­ri­nin için­də qur­ca­la­na-qur­ca­la­na sə­hə­ri göz­lə­di.

Han­sı ya­zıq­la­rı?!

Ki­min evin­də?!


Ha­va az­ca işıq­la­nan ki­mi ana­sı­nı oyat­ma­ğa gə­lən­də o ar­va­dın da göz­lə­ri­ni açıq gör­dü. Ana­sı­nın da o sö­zü de­yən­dən ye­ri­nə gi­rə­nə­cən sə­si çıx­ma­mış­dı, de­yə­sən, o ar­vad da oğ­lu­nun gə­lib onu oya­da­ca­ğı­nı göz­lə­yə-göz­lə­yə sə­hə­ri di­ri­göz­lü aç­mış­dı. Oğ­lu­nun qa­ba­ğın­da da­yan­dı­ğı­nı gö­rən­də də ka­rı­xıb-elə­mə­di, as­ta­ca ye­rin­dən qal­xıb üst-ba­şı­nın əzi­yi­ni dü­zəlt­di, son­ra din­məz­cə yo­la dü­zəl­di.


"Ni­yə o ya­zıq­la­rı öz evin­də ra­hat ya­şa­ma­ğa qoy­mur­suz". Bu ev­də, evin­də hər şe­yi öz ye­ri­nə qay­ta­rıb sah­ma­na sal­maq is­tə­yən ana bu bir­cə nə­fəs­lik kəl­mə­siy­lə hər şe­yi alt-üst et­di­yi­ni bi­lib dü­nən ge­cə­dən özüy­lə vu­ruş­maq­day­dı. Am­ma olan ol­muş­du, ke­çən keç­miş­di və səb­ri daş­mış oğu­la bun­dan son­ra nə­sə kar elə­yən de­yil­di. Be­lə­cə, düz er­tə­dən hə­min ev­dən baş­la­nan bu yo­lun ni­za­mı bir də­fə də po­zul­ma­dı, ana qa­ba­ğı, oğul ar­xa­nı tu­tub gə­lir­di.

Oğul ba­şa düş­dü ki, ar­tıq gec­di, ana­sı­nı özüy­lə ge­ri qay­ta­ra bil­mə­yə­cək.

Get-ge­də bu yol da yo­rul­muş­du, yum­şal­mış­dı, əri­miş­di. Ey­nən də­niz ki­miy­di. İn­di də ana-ba­la gə­lib də­ni­zin düz or­ta­sı­na çıx­mış­dı­lar. Hər iki­si­nin ba­yaq­dan dinc­lik bil­mə­yən ca­nı ta­mam ta­qət­dən düş­müş­dü, bo­ğu­lan ana­sı­nı da kü­rə­yi­nə alıb üz-üzə tə­zə­dən bu boy­da də­ni­zi ge­ri qay­tar­ma­ğa oğu­lun he­yi nə gə­zir­di.

Oğul:

- Ye­yin ye­ri, - de­di, am­ma bu də­fə ana­sı­nı söy­mə­yə di­li gəl­mə­di. De­yə­sən, hir­si so­yu­muş­du.


Ar­dın­ca elə bil qəf­lə­tən han­sı­sa bir dəh­şət­li yu­xu­dan ayıl­dı. Bu nə­di, ni­yə ana­sı­nı qa­ba­ğı­na qa­tıb apa­rır? Bu har­dan ağ­lı­na gə­lib?

Oğu­lu qəf­lə­tən bir qə­ri­bə üşüt­mə tut­du, elə bil ba­yaq­dan buz bağ­la­yan ca­nı­nın do­nu as­ta-as­ta açı­lır­dı.

Son­ra qu­la­ğı­na dün­ya­nın o ba­şın­dan səs gəl­di: "Ana­mı qay­tar!"


Ba­cı­sı­nın sə­siy­di.

Oğu­lun için­də qəf­lə­tən nə­sə qı­rıl­dı. Ba­cı­sı­nın or­dan gə­lən sə­si­ni, bur­da ne­cə eşi­də bi­lər­di?

Ayaq sax­la­dı. Ana­sı da da­yan­dı. De­yə­sən, ba­la­sı­nın sə­si o ar­va­dın da qu­la­ğı­na gə­lib-çat­dı.

- Ba­cın­dan da mu­ğa­yat ol.

Son­ra ana­sı ad­da-bud­da işıq­la­rı ya­nan kən­də sa­rı uza­nan yo­lun qa­ran­lı­ğın­da itib yox oldu.

* * *

Ana itib yox ol­du, am­ma qa­ran­lıq ye­rin­dəy­di və oğul il­lər uzu­nu, bəl­kə də öm­rü bo­yu qa­ra de­yi­lən rən­gi bu qa­ra­lıq­da gör­mə­miş­di. De­mə­li, hər şey bit­di, öz kən­di­nə - ya­zıq­la­rı­nın ya­nı­na ötü­rüb o ar­vad­dan bir­yol­luq xi­las ol­du, in­di ra­hat ge­ri qa­yı­da bi­lər. Oğul ca­nın­da bir yün­gül­lük hiss elə­di. Elə bil tək­cə ana­sı­nı yox, bü­tün keç­mi­şi­ni özün­dən ötü­rüb lüt-ür­yan qal­dı. Doğ­ru­dan da, in­san ürə­yi is­tə­yən an­da­ca hər şe­yi tə­zə­dən baş­la­ya bi­lər, qə­za­vü-qə­dər ta­le­yi az­dı­ra bil­məz. İla­hi, in­san bir an­da­ca nə qə­dər ra­hat­la­na, yük­süz­lə­şə, bo­şa­la bi­lər­miş.

Kə­rə­mi­nə şü­kür, Al­lah, ca­nı­mı qur­tar­dın.

Al­lah, sə­nə şü­kür! Oğul için­də, çö­lün­də nə var­sa ha­mı­sı­nı özün­dən çırp­maq is­tə­di ki, ge­ri bam­baş­qa qi­ya­fə­də qa­yıt­sın. Elə tə­zə­cə dön­müş­dü ki, gəl­di­yi yol­la da qa­yı­da, düz qa­ba­ğın­da pey­da olan ca­na­va­rı gör­dü. Am­ma ba­xış­la­rın­da ca­na­var­lıq­dan əsər-əla­mət yo­xu­du. Gö­rü­nür, ana-ba­la yo­la çı­xan­dan bu ca­na­var da qa­ra­ba­qa­ra on­la­rın ar­dın­ca gəl­miş­di, yo­lu bo­yu ov ki­mi iz­lə­di­yi bu iki məx­lu­qa get-ge­də öy­rəş­miş­di, isi­niş­miş­di, in­di də oğul on­dan öt­rü da­ha ət ki­mi ma­raq­lı de­yil­di.

Er­tə­dən qo­yub çıx­dı­ğı evə oğul bir də ge­cə gə­lib çat­dı. Kən­din bü­tün işıq­la­rı sön­müş­dü, ins-cins gö­zə dəy­mir­di. Am­ma hə­yə­tin dar­va­za­sı­nı tay­ba­tay açıq gör­dü. Qəf­lə­tən bu sə­hər ev­də qız­dır­ma­lı qoy­du­ğu ba­cı­sı ya­dı­na düş­dü.

Son­ra­sı ya­dın­da de­yil­di.

XS
SM
MD
LG