Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:36

«Qafqaza sülh yolu»


Davutoğlu AB xarici işlər nazirlərinə «Təşəbbüs başarılı olsun-bir Balkan konfransı çağıraq» - təklifini verib
Davutoğlu AB xarici işlər nazirlərinə «Təşəbbüs başarılı olsun-bir Balkan konfransı çağıraq» - təklifini verib
Erdal Şafak («Sabah» qəzetinin baş redaktoru)

Bakıdan bir maşın yola çıxsa...
Bütün bu diplomatik ifadələr hansı mənanı daşıyır?

Bir işarəni «AB xəbər» saytı verdi. AB Beynəlxalq quruyolu nəqliyyatı birliyinin prezidenti Mişel Nelsenə istinadən veridiyi xəbərdə Nelsen deyir:

«Türkiyə Yeni Avrasiya Quru Yolu Təşəbbüsündə qıfıl rolunu oynayır. Bu təşəbbüslə Avropa avtoyol şəbəkəsi ilə Qafqaza bağlanacaq».

Gəlin, bu qovluğun qapağını açaq. Uzun (Bağdad, Dəməşq, Nikosiya, Qahirə və Stokholmu gəzdik), yorucu (çöl, Aralıq dənizi və şimal iqlimlərini yaşadıq), ancaq son dərəcə maraqlı (Ermənistan layihəsini birinci dəfə bizlər öyrəndik) səfərin geriyə dönüş yolunda - GAP təyyarəsində söhbət edərkən xarici işlər naziri Əhməd Davutoğlu AB ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında iki təklif verdiyini dedi. Təkliflərini belə izah etdi:

1. Bu yaxınlarda Türkiyə Cənubi-şərqi Avropa ölkələrinin zirvə toplantısını keçirəcək. AB-yə dedik ki, siz də bu təşəbbüsdə iştirak edin. Beləliklə, bütün Avropanı qucaqlayan bir platforma yaradaq.

2. O biri təklif daha da önəmlidir: Qafqaz-Avropa quru yolunu çəkək. Azərbaycandan başlayan, Yuxarı Qarabağ, Laçın koridoru, Ermənistan, Naxçıvan və Türkiyədən keçən - buradan da Avropaya qədər gedən bir quru yolu şəbəkəsi quraq. Beləliklə, məsələn, Bakıdan çıxan bir maşın bir vaxtlar qanlı-bıçaqlı olan bölgələrdən keçərək Naxçıvandan Türkiyəyə girsin; Ədirnədən də Avropanın istədiyi yerinə çıxsın. Bu layihəyə də «Sülh yolu» adı verək.

«Sonra?» - deyə soruşduq. Davutoğlu o ağıllı gülüşü ilə əlavə etdi: «Mən bunları deyəndə Finlandiya xarici işlər naziri Aleksander Stubb yerindən qalxdı və «Türkiyə olmadan AB nə regional problemləri həll edə bilər, nə də qlobal qüvvə ola bilər» - dedi».

Səfərdən son təəssüratlar
Fehmi Koru («Yeni şafak» qəzetinin baş yazarı)

Arxanıza söykənin və düşünün: Gəncə, Laçın, Qarabağ, Yerevan, Naxçıvan adları sizə nələri düşündürür? Qısa cavab vermək lazımdırsa. «Savaş» sözünü-elə deyilmi? 1990-cı illərin əvvəlində o adların hamısını «savaş» sözü ilə birlikdə eşidirdik. Əgər Ermənistan təşəbbüsü müvəffəqiyyət qazanarsa, hökumət o adlardan «sülh layihəsi» kimi istifadə etmək qərarındadır.

Gəncədən başlayacaq olan bir avtoyol Qarabağdan, Laçın koridorundan, Ermənistandan, Naxçıvandan keçəcək və Türkiyədə Karsa qədər gəlib oradan Avropaya bağlanacaq. Azərilər də, ermənilər də, naxçıvanlılar da-hətta bütün Qafqaz coğrafiyası Türkiyə üzərindən Avropa ilə əlaqə yarada biləcək-düşünə bilirsinizmi?

Davutoğlu AB xarici işlər nazirlərinə «Təşəbbüs başarılı olsun-bir Balkan konfransı çağıraq» - təklifini verib. Mən də olsam-başqalarının eşidəcəyi yerdə «Türkiyə olmadan AB-nin qlobal strateji qüvvə olması mümkün deyildir» - cümləsini işlədən Finlandiya xarici işlər naziri kimi düşünərdim. Türkiyə olmadan AB-nin tarazlıqlara təsir göstərə biləcək bir gücə qovuşması həqiqətən mümkün deyildir.

Bilmirəm nədəndir - Ahmet Davutoğlunu dinləyərkən ağlımızda Turqut Özalın xəyalı canlı şəkildə dururdu. Özalın beynində də Türkiyənin mərkəzdə olduğu bir dünya düşüncəsi vardı və hər ölkə ilə hər qurum o düşüncədəki önəm sırasına görə bir yerə sahib idi.

Ermənistanın o düşüncədə bir yeri vardı. Özal, Qara dəniz iqtisadi əməkdaşlıq birliyi layihəsini həyata keçirəndə Qara dənizə çıxışı olmayan Ermənistanı təşkilata niyə üzv etmişdi ki? İndi «Serj Sarkisyan matça gələcəkmi?» - deyə soruşuruq. Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan Qara dəniz təşkilatının ilk toplantısı üçün İstanbula gəlmişdi. O vaxtdan bəri neçə nazir təşkilatın toplantıları üçün Türkiyəyə gəlib-gedir.
XS
SM
MD
LG