Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Dollara bir zərbəni də BMT vurdu


1 dollar 47 sent, hətta 1 dollar 50 sent avro üçün tamamilə yaxın hədlərdir
1 dollar 47 sent, hətta 1 dollar 50 sent avro üçün tamamilə yaxın hədlərdir
Amerika dolları avroya nisbətən bu il ən aşağı həddə düşdü. 1 avro 1 dollar 45 senti keçdi.

Dolların son enişinə səbəb kimi BMT-nin Ticarət və İnkişaf konfransının hesabatı göstərilir.

Hesabatda deyilir ki, «qlobal iqtisadiyyatı birləşdirən valyuta sistemi və kapital qaydaları arzu olunan səviyyədə işləmir» və əlavə olunur ki, indiki, yəni əsasında ehtiyat valyuta kimi dolların durduğu «sistem dəyişdirilməlidir».

Bu hesabatdan sonra dollar rekord səviyyədə endi. İndiki qlobal iqtisadi böhranda dollar həmişə qaçıb gizlənməyə ehtiyat valyutası olub.

BMT-nin hesabatı dolların ehtiyat valyuta rolunu laxladır.

Qızılın qiyməti isə artıq bir unsiyaya, yəni təxminən 30 qrama 1000 dolları keçib.

VƏZİYYƏTƏ NİKBİN BAXANLAR VAR

Londondakı CMC Market şirkətindən olan Ceyms Huqes deyir: «Biz enişi gördük, hamı riskli kağızlardan dollara qaçırdı. Ancaq indi müsbət xəbərlər gəlir - Fransa, Almaniya, hətta Britaniya tənəzzüldən çıxa bilər».

Huqesin fikrincə, dolların indiki düşməsinin səbəbi odur ki, iqtisadi vəziyyətin düzəldiyini görənlər riskli kağızlara qayıdırlar. Ümumi iqtisadi vəziyyət düzəlsə, qlobal iqtisadiyyatda yeganə ehtiyat valyutası olan dolların rolu şübhə altına alınmayacaq.

Dolların düşməsinə başqa səbəb Amerikanın Mərkəzi Bankının faizləri qaldırmaq istəməməsidir.

Mərkəzi Bank pulu ucuz eləməklə, çalışır ki, biznes ucuz kreditlər ala bilsin.

Ancaq buna görə dollar da qalxa bilmir.

Dolların ucuz olmağı, Amerika hökumətinin isə nəhəng xərcləri inflyasiya qorxusu yaradır, nəticədə qızıl qalxır.

Ancaq Londondakı BNP Paribas Bankından olan İan Stannard deyir: «Qızılın bu qədər qalması prosesi sona yaxınlaşır. Qızıl düşəndə dollar qalxmalıdır».

ƏSAS SUAL: DOLLAR NƏ QƏDƏR DÜŞƏ BİLƏR?

Huqes fikirləşir ki, 1 dollar 47 sent, hətta 1 dollar 50 sent avro üçün tamamilə yaxın hədlərdir.

Stannard isə hesab edir ki, həmin hədlərdə avronun qalxma prosesi dönəcək və avro 1 dollar 35 sentə düşəcək. Bu proqnoz bu ilin sonunadır. Gələn ilə isə Stannard 1 avro=1.20 məzənnəsini gözləyir.
XS
SM
MD
LG