Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:58

Prezidentdən məktub istəyən şagirdlər üçün


Aysel Paşayeva, Çimnaz Əliyeva və Kamran Məmmədzadə
Aysel Paşayeva, Çimnaz Əliyeva və Kamran Məmmədzadə
ABŞ-a Azərbaycan məktəblilərinin göndərilməsinə sentyabrın 17-də start veriləcək. FLEX mübadilə proqramı çərçivəsində ilk imtahan Lənkəran məktəbliləri arasında olacaq.

Daha sonra Şəki, Mingəçevir, Gəncə, Naxçıvanda imtahanlar keçiriləcək. Sonuncu sınaq isə oktyabrın 17-18-i Bakıdadır.
Bu proqram yuxarı sinif şagirdləri – 9, 10 və 11-ci sinif uşaqları üçündür.

FLEX proqramı üzrə koordinator Aytac Paşayeva deyir ki, ABŞ orta məktəblərində 1 il təhsil almaq üçün şərtlər sadədir:

«Çoxları fikirləşir ki, FLEX-in qalibi olmaq üçün ingilis dilini mükəmməl bilməlisən. Bu, yanlışdır. Düzdür, ingilis dili böyük bir plyusdur. Çünki imtahanlar hamısı ingiliscədir. Amma burda daha çox ona diqqət yetirilir ki, bu uşaq bir il Amerikada yaşamağa hazırdırmı, ya yox?

Burdan gedən məktəblilər seçilmiş amerikan ailələrinə verilir».

Attestat almaq mərhələsi ABŞ-da məktəbdən asılı olaraq fərqlənir.

Aytac Paşayeva deyir ki, orda 11-ci sinif şagirdi diplomunu almaq üçün bir neçə saat könüllü fəaliyyətlə məşğul olur:

«Öz icman üçün təmənnasız bir iş görməlisən. Bu, parkı təmizləmək də ola bilər. Elə məktəblər var ki, bunu tələb kimi qoyurlar. İş saatlarının sayı çox olan uşaqlara ölkənin prezidenti tərəfindən məktub gəlir. Tutaq ki, Obamanın adından məktub gəlir və şagirdlərə göstərdikləri xidmətlərə görə, qızıl, bürünc, gümüş medallar verilir».

FLEX proqramının qaliblərindən Kamran Məmmədzadə orta məktəbi Arizona ştatında oxuyub. O, ABŞ təhsili ilə Azərbaycan təhsilinin müsbət və mənfi fərqlərindən danışır:

«Azərbaycandan bu proqrama seçilən uşaqlar çox talantlıdırlar. Azərbaycan təhsil sistemi mahiyyətcə Sovet təhsil sisteminin davamıdır. ABŞ təhsili isə Sovet təhsilindən bir qədər zəifdir. Oranın riyazi elmləri elə də güclü deyil. Məsələn, mən orda dərs çalışmırdım. Nə var idisə, dərsdə həll edirdim. Çünki çox asan idi. Riyaziyyat fənnindən ən yüksək sinfi seçirdim, o da yenə asan olurdu».

Kamran Amerika məktəblərində interaktiv dərs metodunun faydalı olduğu deyir:

«Məsələn, tarix dərsində belə olmurdu ki, müəllim gəlsin, biz kitabdan oxuyaq, danışaq...Xeyr, daha çox interaktivliyə üstünlük verirdilər. Məsələn, tarixi filmlərə baxırdıq. Orda müəllim tələbə münasibətləri dost kimidir. Düzdü, hərdən müəllim-şagird münasibətləri elə səviyyəyə düşür ki, gülməli olur. Şagird müəllimlə elə davranır ki, bir belə şeylər görməmişik».

Amerika orta məktəblərində fiziki məhdudiyyətli şagirdlər də iştirak edə bilər. FLEX imtahanlarında assistent Çimnaz Əliyeva deyir ki, imtahandakı bütün şərtlər heç bir fərq qoyulmadan əlillərə dətətbiq olunur:

«Bir qədər ingilis dilini bilən belə uşaqları tanıyanlar varsa, bizə müraciət etsinlər».

Buna da bax:

XS
SM
MD
LG