Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:49

ARDNŞ Gürcüstanın qazlaşdırılmasını 3-4 il başa çatdıracaq


ARDNŞ prezidenti onu da vurğulayıb ki, hazırda Gürcüstanın 75% qaz təminatını Azərbaycan həyata keçirir
ARDNŞ prezidenti onu da vurğulayıb ki, hazırda Gürcüstanın 75% qaz təminatını Azərbaycan həyata keçirir
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın tam şəkildə qazlaşdırılması işlərini yaxın 3-4 il ərzində başa çatdırmağı planlaşdırır. Bunu Gürcüstanda səfərdə olan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, ARDNŞ tərəfindən bu il Gürcüstanda qaz paylayıcı mərkəzlərin bərpası üçün 20 mln. ABŞ dolları vəsait ayrılıb: «Bu ilin sonunadək 57 min yeni abonentə qaz çəkiləcək. Sonrakı illərdə isə bu rəqəmə daha 150 min abonent əlavə ediləcək».

ARDNŞ prezidenti onu da vurğulayıb ki, hazırda Gürcüstanın 75% qaz təminatını Azərbaycan həyata keçirir.

ARDNŞ-in törəmə müəssisəsi olan «SOCAR Georgia Gas» şirkəti 2008-ci ildə Gürcüstan İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu ölkənin təbii qazlaşdırma distribütor şirkətlərinin özəlləşdirilməsi ilə bağlı keçirilən tenderin qalibi olub.

Tenderin şərtlərinə görə «SOCAR Georgia Gas» MMC tərəfindən 3 il müddətində Gürcüstanın 30 şəhər və rayonunun qazlaşdırılması (təxminən 150 min abonentdən artıq) və minimum 40 mln. ABŞ dolları həcmində sərmayə qoyuluşunun həyata keçirilməsi nəzərdə tutulur. APA
XS
SM
MD
LG