Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:42

Bu gün gənc bloqqerlərin məhkəməsidir


Emin Milli
Emin Milli
Bu gün gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsidir.

Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyir ki, məhkəmə sentyabrın 4-də keçirilən hazırlıq iclasında bir sıra prinsipial vəsatətləri təmin etməyib. Vəkil bildirir ki, bu, ciddi narahatlıq doğurur.

İsaxan Aşurovun sözlərinə görə, «Lebanese» restoranında hər şeyin necə baş verdiyi aydın görünən videoçəkilişin istintaq materiallarına əlavə edilməsi ilə bağlı vəsatət təmin edilməyib.
Adnan Hacızadə
Bundan başqa, məhkəmə münaqişə iştirakçılarının davadan əvvəl və sonrakı telefon danışıqlarının əldə edilməsi məqsədi ilə «Azərcell» mobil operatoruna sorğunun göndərilməsilə bağlı vəsatəti də qəbul etməyib.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG