Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:21

Türkiyə-Ermənistan sərhədi bir günlüyə açılacaq…


Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi
Ermənistana səfərdən qayıdan türk jurnalistlərindən biri – İpek Yezdan «Milliyet» qəzetində Türkiyə-Ermənistan yaxınlaşması prosesi, Qarabağ problemiylə bağlı Yerevan təəssüratlarını bölüşüb.

Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin Direktoru Riçard Giragosyan jurnalistlə söhbətində iddia eləyib ki, Ermənistan-Türkiyə yaxınlaşmasına, imzalanan protokollara ən böyük dəstəyi bu yaxınlarda elə Azərbaycan rəhbərliyi verəcək. «Milliyət» qəzeti Giragsyana istinadən yazır ki, ATƏT-in Mİnsk Qrupunun təşəbbüsü ilə oktyabr ayının əvvəlində Azərbaycan və Ermənistan prezidentləri görüşüb - Dağlıq Qarabağ münaqişəsiylə bağlı birgə açıqlama verəcəklər. Və bu açıqlama da Ankaraya imkan verəcək ki Yerevanla başladığı prosesi davam etdirsin.

Qəzet yazır ki, Türkiyə və Ermənistan arasında protokolların çoxu İsveçrədə əvvəlcədən razılaşdırılmışdı, amma daha əvvəlki sərhəd məsələsi kimi bu dəfə rəsmi Yerevan bu haqda xəbəri özü - gecə yarısı açıqladı. Çünki, Türkiyənin son anda fikirini dəyişdirəcəyindən ehtiyat eləyib.

«Milliyət» qəzetinə verdiyi müsahibədə Giragosyan Türkiyə-Ermənistan futbol oyununun oynanacağı gün - oktyabrın 14-də Türkiyənin xoş niyyətinin simvolu kimi bir günlük sərhədi açacağını və Ermənistan prezidentinin də quru yoluyla oyuna gedəcəyini iddia eləyib.

«Milliyət» qəzeti Dağlıq Qarabağ münaqişəsinin real həlli baxımından yaxın günlərdə irəliləmənin olmayacağını, sadəcə görüntü və başlanan prosesi davam etdirmək naminə tərəflərin belə bir görüntü verəcəklərini də iddia eləyir.

«Milliyət»ə müsahibəsində Giragosyan həmçinin Türkiyə-Ermənistan yaxınlaşması üzündən artıq Bakı və Ankara arasındakı ənənəvi «bir millət iki dövlət» kimi ifadə edilən dostluğun da artıq keçmişdə qaldığını, Bakının artıq Moskvayla daha yaxın olduğunu düşünür.

Qəzetin reportyoru Yerevanda görüşdüyü Dağlıq Qarabağdan olan ermənilərdən də yazıb.

Elmira Çirkinyan adıyla özünü təqdim edən biri jurnalistə deyib ki, Qarabağı 17 il əvvəl tərk eləməmək məcburiyyətində qalsa da, hələ də azərbaycanlı dostları üçün darıxır. O vaxtlar vəziyyətləri, yaşayışları çox yaxşıymış, azərbaycanlıları çox sevirmiş. Qarabağda baş verən bütün pislikləri və müharibəni isə pis adamlar və siyasətçilər törədib.

Boris Avanesyan adlı bir kababçı da Qarabağdan olduğunu deyib. Amma Qarabağın bundan sonra müstəqil olmasını istədiyini, erməni və azərbaycanlıların orda birgə, 30 il əvvəlki kimi mehriban yaşamasını istədiyini, həm Ermənistan, həm də Azərbaycanla sərhədləri açıq olmasını arzuladığını bildirib.

«Milliyət» qəzetinin müxbiri İpək Yezdan iddia eləyir ki, Yerevanda görüşdüyü bütünü qarabağlı ermənilər Azərbaycanda olduğu günlərdən ötrü çox darıxdıqlarını görüb. Və Ermənistan-Türkiyə yaxınlaşması prosesiylə bu münaqişənin də həll ediləcəyinə ümidli olduqlarını müşahidə edib.
XS
SM
MD
LG