Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Sarkisyan təkzib edir


Serj Sarkisyan
Serj Sarkisyan
Rəsmi Yerevan prezident Serj Sarkisyanın «Moskovski Komsomolets» (MK) qəzetinə müsahibə vermədiyini bildirir. Ermənistan saytları prezidentin sözçüsü Samvel Farmanyana istinadla bildirib ki, prezident MK-ya müsahibə verməyib və bu jurnalistin fantaziyasıdır.

«Prezident Sarkisyan nə qəzetə, nə də Ermənistanda Rus Dili Günündə iştirak edən Yekaterina Sajneva müsahibə verib. Sözügedən müsahibədə qeyd olunan suallar prezidentin tədbir çərçivəsində jurnalistlərlə görüşü zamanı verilməyib, prezidentin sözləri tamamilə təhrif olunub».

Prezidentin sözçüsü bildirib ki, «bununla yanaşı Sajneva «müsahibə» nəşr etmək niyyəti barədə məlumat verməyib», bu isə jurnalist etika qaydalarına ziddir. Samvel Farmanyan deyib ki, bu cür qəzetdə saxta müsahibənin nəşri «heyrət və təəssüf» doğurur.

Sentyabrın 21-də MK-da dərc olunan müsahibədə Serj Sarkisyan deyib ki, Azərbaycanla danışıqları davam etdirmək üçün Ermənistanın 3 şərti var: «Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır, Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır və müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır».
XS
SM
MD
LG