Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:17

Türkiyə parlamentinin sədri İlham Əliyevə söz verdi


Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edir

«Ermənistanla razılaşma protokolları Türkiyə parlamentindən keçməyəcək».

Bunu Türkiyə parlamentinin sədri Məhmət Əli Şahin bildirib.

Bakıda səfərdə olan spiker sentyabrın 26-da prezident İlham Əliyevlə görüşündə deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.

Məhmət Əli Şahin bildirib ki, səfərinin məqsədi Türkdilli Ölkələrin Parlament Assambleyasının gələn həftə Bakıda keçiriləcək birinci sammitində iştirak etməkdir.

Türkiyə və Ermənistan diplomatik münasibətləri qurmaq istiqamətində işləməyə razılaşıblar.

Hər iki ölkənin Xarici İşlər Nazirliyinin avqustun 31-də yaydığı bəyanatda deyilir ki, İsveçrənin vasitəçilik etdiyi məsləhətləşmələr 6 həftə ərzində yekunlaşmalıdır. İşlənib hazırlanan yekun sənədləri isə iki ölkənin parlamenti ratifikasiya etməlidir.
XS
SM
MD
LG